Qurani Kerim → 3. Əli-İmran (İmran ailəsi) surəsi

1. Əlif, Lam, Mim!
2. Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.
3. Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.
4. Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir!
5. Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz.
6. Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!
7. (Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) Ardı »