Qurani Kerim → Fussilət (Müfəssəl izah edilmiş) surəsi
.41.
Fussilət (Müfəssəl izah edilmiş) surəsi
(Məkkədə nazil olmuşdur, 54 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Ha, Mim!
2.(Bu Quran) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.
3.(O) ərəbcə Quran olaraq bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş2 bir kitabdır.
4.(Bu Quran) həm (möminlərə Cənnətlə) müjdə verəndir, həm də (kafirləri cəhənnəm əzabı ilə) qorxudan. Onların (Məkkə əhlinin) əksəriyyəti (Qurandan) üz döndərib (onu) dinləməz (Allah kəlamının qüdsiyyəti, hikməti haqqında düşünməz).
5.(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də Ardı »