Hedisler → Səhih Qüdsi hədislər (Uca Allahın əməli salih bəndələri üçün nemətlər hazırlaması)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah buyurur: «Əməlisaleh qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına belə gəlmədiyi (nemətlər) hazırladım. İstəyirsiniz (bu ayəni) oxuyun: «Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir» (əs-Səcdə 17). Cənnətdə bir ağac vardır ki, minikli birisi onun kölgəsində yüz il yol getsə də onu qət edə bilməz. İstəyirsiniz (bu ayəni) oxuyun: «Uzanmış kölgəliklərdə» (əl-Vaqiə 30). Cənnətdə bir qamçı qədər yer, dünya və onda olanlardan daha xeyirlidir. İstəsəniz (bu ayəni) oxuyun: «Kim oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur Ardı »