Hedisler → Səhih Qüdsi hədislər ( Borclunun borcundan keçən və ya borclunu sıxışdırmayanın fəziləti)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Heç bir xeyir əməl etməyən bir kişi insanlara borc verərdi və (borcu almaq üçün göndərdiyi) elçisinə belə deyərdi: «Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni isə burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin». O öləndən sonra Uca Allah ondan soruşur: «Xeyir bir əməl etdinmi?» O deyir: «Xeyr! Ancaq mənim bir xidmətçim vardı və mən insanlara borc verərdim. Borcu almağa göndərəndə ona belə buyurardım: «Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin». Ardı »