Hedisler → Allaha iman gətirdim de, sonra doğru yolu tut
Süfyan ibn Abdulla əs-Səqafi (r.a) belə demişdir: Mən dedim: “Ey Allahın elçisi, mənə İslamda elə bir söz söylə ki, o barədə səndən sonra heç kəsdən soruşmayım." Peyğəmbər (s.a.v) buyurdu: "Allaha iman gətirdim de, sonra doğru yolu tut!” Müslim rəvayət etmişdir.
(Müslim: İman ? 38. Tirmizi: Zühd ? 2410. İbn Macə: Fitən ? 3972. Əhməd: 3/413. Darimi: Riqaq ? 2710.)
ŞƏRH
Bu kişi Peyğəmbərdən (s.a.v) xeyri özündə cəm edən, faydalı olan və onu tələffüz edəni nicata qovuşduran bir söz söyləməsini istəmişdir. Peyğəmbər ona, Allaha iman gətirməyi əmr etmişdir. Bu iman, özündə etiqad olunması vacib sayılan imanı, onun əsaslarını və digər bu kimi əqidə məsələlərini, Ardı »