Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaTənhalıq...

Elm adamları asılılığın yeni növünü aşkarlayıblar – tənhalıqdan asılılıq.
Çoxsaylı əlaqələr (əlaqədə olduğu insanlar) insanı tədricən daha çox ətraf mühitdən izolyasiya olmağa sürükləyir.

Müasir insan – qəribə varlıqdır: eyni zamanda, həm sosial, həm də özünə qapanan. O, özünə bənzərlərə can atır, sonra isə onlardan yorulur. Tək qalıb dincəlmək eşqi ilə yanır, amma az bir müddət sonra bu vəziyyətə görə depressiyaya düşür.
Bizim əcdadlarımızda vəziyyət tamamilə fərqli idi. Onların əksəri öz doğma və yaxın insanlarının əhatəsində həm yaşayır, həm də işləyirdilər. Bir təsəvvür edin, əgər siz gün ərzində bir neçə dəfə öz iş yoldaşlarınızla qucaqlaşıb, hal-əhval tutsanız necə olar?! İndi biz ətrafdakı insanlarla aramızda məsafə Ardı »

Ümumi PsixologiyaHisslərin xarici ifadəsi və əsas keyfiyyətləri

Hisslərin xarici ifadəsi. Biz ünsiyyətdə olduğumuz adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də səsində əks olunur.
Hər şeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, lazımi sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə tamamilə başqa cür nəfəs alır.
İnsanın hansı hissləri keçirməsi qan dövranında daha aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda üzünün Ardı »

Ümumi PsixologiyaUşaqlar hansı yaşdan yalan danışmağa başlayırlar

Ümumi qəbul edilmiş fikir belədir ki, uşaq təxminən 4 yaşına çatanda yalan danışmaqla valideynin diqqətini yayındırmağa çalışır. Amma «Uşaqların beyni necə işləyir» adlı yeni kitaba əsasən, uşaqlar bunu lap erkən yaşlarından edirlər. Yəni, körpələr inanılmaz dərəcədə aldadıcı davranışa malikdirlər. Kitabın müəllifi Vasudevi Reddi BBC radiosuna müsahibədə bunları deyir:

Bu hərənin yalanı necə yozmasından asılıdır. Biz bu məsələni araşdırmağa başlayarkən ilk olaraq 2-3 yaşlı uşaqlarla işləyirdik. Onların danışdığı yalanlar 4 yaşında ikən sınaqlardan keçmiş uşaqların söylədikləri yalanlardan fərqli idi. Sonra taktikanı bir az dəyişdik. Daha doğrusu, yalan deyil, cırnatmaq, özünü tülkülüyə qoymaq, zarafat etmək məsələlərinə diqqət yetirməyə başladıq. Belə baxsanız, bunların da Ardı »

Ümumi PsixologiyaHafizə....

1. Hafizə haqqında anlayış.
2. Hafizə növləri və tipləri.
3. Hafizə prosesləri və mnemotexniki üsullar.

1-ci sual. Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Məlumdur ki, bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur. Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada Ardı »

Ümumi PsixologiyaDoğrular

Doğru olan nədir? Gerçək (reallıq) olan nədir? Doğru və ya gerçək eyni mənanımı kəsb edir?

Birdən çox doğru və ya gerçək varmı? Yoxsa həyatda bir doğru və bir gerçək var? Əgər doğru və gerçəklərin sayı birdən çoxdursa, onları sinifləndirmək mümkündürmü? Həqiqət anlayışı ilə doğru və gerçək anlayışlar arasında hansısa münasibət varmı? Gerçəklərlə doğruların bir-birindən ayrıldığı dövrdəmi yaşayırıq? Həyatın gerçəklərindən qopmaq daha təhlükəlidir, yoxsa doğru olanlardan və ya əxlaqi doğrulardan qopmaq? Sosial-mədəni reallıqların məngənəsində sıxılıb əxlaq normalarından (əxlaqi doğrular) uzaqlaşmaq fərd olaraq bizə və cəmiyyətə nə verəcək? Yoxsa sosial-mədəni reallıqlar insanı əxlaqi doğrulardan müəyyən güzəştlərə getməyəmi məcbur edir? Doğrudanmı, həyatın reallıqları ilə Ardı »

Ümumi PsixologiyaŞizofreniya haqqında 14 yanlış fikir

Birinci yanlış fikir : Şizofreniya nadir xəstəlikdir.

Fakt : Bəzi dövlətlərdə buna daha tez, bəzilrində isə daha az rast gəlinir.Alimlər hələdə onun yaranma səbəbini axtarib tapa bilmir.Bu xəstəliyə müxtəlif sosial qruplar arasında rast gəlmək olar.

İkinci yanlış fikir:şizofreniyanın yaranma səbəbinin uşağlığda olan pis rəftarla əlaqələndirilməsidir.

Fakt: İnsanda şizofreniyanın yaranmasına tərbiyyə,ailənin sosial-iqtisadi vəziyyəti və dini mənsubiyyəti qətiyyən təsir etmir.Ruhi-əsəb xəstəlikləri sinir sistemində gedən metobolik proseslərin pozulması nəticəsində yaranır və bu proseslərə uşağın həyatında baş verən hadisələr təsir edə bilməz.Lakin uğursuz şərait xəstəliyin dərinləşməsinə və ağırlaşmasına şərait yarada bilər.

Üçüncü yanlış fikir: ruhi-əsəb xəstəliklərinin yolxucu olmasıdır.

Fakt : Ruhi-əsəb xəstəliklər keçici deyil,yəni xəstəlik tənəffüs yolu ilə keçmir və Ardı »

Ümumi PsixologiyaKatatonik sindromlar

Katatonik oyanma sindromu, səbəbsiz, məntiqsiz və pərakəndə (bəzən stereotip) formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan oyanma halına deyilir. Xəstənin xarici görünüşü qeyri-təbii, yöndəmsiz, nitqi isə anlaşılmaz olur. Hər şeyi əksinə etmək-neqativlik qeyd olunur. Məsələn: xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur. Hamının gözü qarşısında çılpaq dayanır.

Oyanma halı bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər şəklində təzahür edir. Bəzən isə yersiz və gülünc formada meydana çıxır. Buna kataton-hebefrenik oyanma deyilir. Xəstələr mənasız gülür, sifətlərini gülünc vəziyyətə salırlar. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr cəmiyyətdən təcrid olunmalı və nəzarət altında Ardı »

Ümumi PsixologiyaŞizofreniya

Şizofreniya ağır və xroniki hal alan psixi xəstəlikdir. Bu xəstəlik zamanı insanın şəxsiyyəti dəyişir, o, başqalarından təcrid olunur, gerçəkliyi hallusinasiyaları ilə qarışdırır. Şizofreniya nəticəsində insan adi həyat tərzindən, yaxınlarından uzaqlaşır, müalicə olunmadıqda xəstəliyin fəsadları ağırlaşır.

Psixiatr Mətanət Kərimovanın sözlərinə görə, şizofreniya zamanı insanın sosial həyatda fəallığı azalır, onun fəaliyyətinin məqsədləri itir, düşünmə qabiliyyəti pozulur. Bu xəstəliyin yaranması isə müxtəlif psixi pozuntuların inkişafı ilə bağlıdır. Şizofreniya zamanı insanda hallusinasiyalar, əhvalın kəskin dəyişməsi, aqressiya və ya durğunluq müşahidə olunur, xəstə baş verənləri dəqiq anlamır.

Şizofreniyanın səbəblərinin və inkişafının hələ lazımi qədər öyrənilmədiyini deyən psixiatr bildirir ki, xəstəlik irsi faktorlarla sıx bağlıdır. Xəstəliyin inkişafında xəstənin yaşı Ardı »