Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaMəktəb həyatı...Həyat məktəbi

Samuel Butler; «Yaşamaq, çoxluq qarşısında tək başına skripka çalmaq kimidir, skripka çalmağı da skripka çalarkən öyrənməkdir»- deyər. Bir çoxumuzun, «necə yaşamalı?» sualının cavabını yaşayarkən öyrənməmizin gözəl bir izahıdır.
Həyatımız iki etaplı bir oyuna bənzəyir. Birinci etap məktəb həyatı, ikinci etap isə həyat məktəbi dövrüdür. Ortalama insan ömrünün 70 il sayıldığını nəzərə alsaq, ömrümüzün dörddə biri məktəb həyatında, dörddə üçü həyat məktəbində keçir.
Məktəb həyatı bitincə həyat məktəbi başlar. Hər nə qədər məktəb həyatının məqsədi insanı həyat məktəbinə hazırlamaq olsa da, bir çox alimin haqlı olaraq bildirdiyi kimi; «həyat məktəbində ən çox lazım olan Ardı »

Ümumi PsixologiyaTəxəyyül və yaradıcılıq

Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlər meydana gəlir. Yaradıcılıq sözün hərfi məna­sın­da nə isə yeninin yaradılmasıdır.
Adətən yaradıcılıq dedikdə insan fəaliyyətinin o sahəsi nəzərdə tutulur ki, bu fəaliyyətin sahəsində nə isə yeni bir ideya, nəzəriyyə, qanun (elmi yaradıcılıq), yeni maşın, mexanizm (texniki yaradıcılıq), yeni bir bədii əsər (bədii yaradıcılıq) yaranır. Rus psixoloqu S.L.Rubinşteyn yaradıcılığa belə bir tərif vermişdir: «Yaradıcılıq insanın xüsusi növ fəaliyyəti olub ictimai əhəmiyyəti olan maddi və mənəvi dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da mahiyyət etibari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də azdır. Ona görə ki, hər cür Ardı »

Ümumi PsixologiyaStressden qurtulmağın yolları

Bir gününüzün digerine uyğun gelmesi lazım olduğunu kim söyledi? Çerşenbe axşamı günü üzünüzde çiçekler açarken, çerşenbe günü aynaya bele baxmaq istemeye bilersiniz. Unutmayın ki, bu kimi veziyyetleri lehinize çevirmek elinizdedir. Gününüzün alçaq olmasına icaze vermeyin ve tövsiyelerimizi oxuyun.

ÇETİNLİKDEN PARTLAMAQ ÜZREYKEN:
Ele günler olar ki kaş ki heç yaşamasaydım deye düşünürük. Bele bir veziyyetde size teklif edeceyimiz texnikanın çox işe yaradığını göreceksiniz. Ürek, bedeninizin ritmini qoruyan bir orqandır. O sakit olduğunda bedeniniz ve ağılınız sakitleşer. Teklif edeceyimiz bu fealiyyet yalnız bir deqiqenizi alacaq:

- Elinizi sinenizin sol terefine qoyun ve üç defe yavaş- yavaş nefes alın.
- Yorğunluğu ve hirsliliyi üzerinizden Ardı »

Ümumi PsixologiyaHisslər haqqında

İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsanın hissləri Ardı »

Ümumi PsixologiyaCinsler arası intellektual ferqler

Cinsler arası intellektual ferqler
Son illerde aparılan tedqiqatlar demeye esas verir ki, qadın ve kişilerde vizual-feza intellekti xarakterine göre ferqlenir. Ümumiyyetle intellektin bu tipinde kişiler daha üstündürler. Lakin, bu saheye aid müxtelif xüsusuiyyetli tapşırıqlarda qadınlar ve kişiler bir birinden daha üstün intellekt nümayiş etdire bilirler.

Verbal-linqvistik intellektde üstünlük qadınlardadır. Nitq qabiliyyeti qadınlarda daha yaxşı inkişaf etmişdir, yazılı ve şifahi edebiyyatla bağlı tapşırıqlarda onlar daha yüksek neticeler gösterirler. Kişiler arasında nitqle ve oxuma ile bağlı çatışmazlıqlara daha tez tez rast gelinir.
Son bir neçe on illikde aparılan müşahideler gösterir ki, ayrı-ayrı intellekt sahelerinde qadın ve kişiler arasındakı ferqler bu iki qrup üçün Ardı »

Ümumi PsixologiyaTemperament və sağlamlıq

Temperament fərdi-psixoloji xüsusiyyət olub, bədəndə hisslərin müəyyən nisbəti deməkdir. Hippokrata (e.ə. 460-377) görə, temperament bədəndə olan qan, selik, öd və qara öd mayelərinin nisbəti ilə əlaqədardır. İnsan orqanizmində hansı mayenin üstünlük təşkil etdiyini əsas götürərək sanqvinik, xolerik, melanxolik və flaqmatik olmaqla 4 temperament tipini müəyyənləşdirmişdir.
Sanqvinik (latınca sanquinisqan, həyati qüvvə) temperamentli tip adamlar fiziki cəhətdən zəif inkişaf etmiş olur. Onların döş qəfəsi yastı, bədən dərisi quru, qaba və soyuqdur, gözləri mavi və ya qara, saçı seyrəkdir. Bədəndə tutqun rəngdə bir neçə xal yerləşir. Bu şəxslər, adətən, qarabuğdayı olurlar. Onların yuxusu tez və səthidir, əl və ayaqları, adətən, soyuq olur. Sanqvinik tip Ardı »

Ümumi PsixologiyaTənhalıq - Svetlana Şumilo

Mən bütün həyatım boyu tənhalıqdan qorxmuşam və elə bütün həyatım boyu özüm üçün aydınlaşdırmağa çalışmışam- nədir tənhalıq?

Birincisi, o fiziki olur, yəni fiziki tənhalıq. Məsələn, sənin ətrafında çoxlu sayda sevdiyin və səni sevən insan var. Amma sən boş evdə tək gecələyirsən, yata bilmirsən. Gecə kiməsə zəng etmək haqda isə qərara gəlmək mümkün olmur.

İkincisi, otaqda çoxlu adam var. Amma sən onların arasında tamamilə yadsan. Və əgər birdən otaqdan çıxsan, sənin arxanca sadəcə təəssüflənəcəklər, ya da getdiyini, ümumiyyətlə, hiss etməyəcəklər.

Üçüncüsü, sən ədəbli, ərkanlı ailə başçısısan, Ardı »

Ümumi PsixologiyaQrupların təsnifatı

Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər.
Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.
Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. Ardı »