Maraqli Hekayeler → Qəribə üsul
Artıq təqaüdə çıxmış və bir məktəbin yanında özünə yeni bir ev almışdı.
Heç olmasa, bundan sonra rahat və qayğısız yaşamaq istəyirdi. Bir neçə həftə sonra dərslər başladı. Elə birinci gündən dərsdən çıxan uşaqlar hay-küy salmağa, evinin qarşısındakı zibil qablarını dağıtmağa başladılar. Bu hay-küy sonrakı günlərdə də davam etdi. Artıq qoca bu işə bir çarə tapmalı idi. Ertəsi gün uşaqlar yenə zibil qablarını dağıtmağa başlayanda qoca onların qarşısına çıxdı və:
— Uşaqlar, sizin bu əyləncəniz mənim xoşuma gəlir. Hətta mənə öz uşaqlığımı xatırladır. Əgər yolunuzu hər gün buradan salsanız, sizə 1 dollar verərəm — dedi.
Bu təklif uşaqların da xoşuna gəldi. İndi hər Ardı »
