Maraqli Hekayeler → Sənə izah edə bilmədiyim duyğularım (5-ci bölüm)
"Eıleonora” gözünü açıb hələ də yatmaqda olan Fəxrəddinə nəzər saldı. Əlini qaldırıb onun üzünə sığal çəkmək istədi, amma sanki gözəgörünməz əngəllə rastlaşdı. Əli havada asılı qaldı. Cəld çevrildi. Gözləri dolmağa başladı.
Fəxrəddin göz qapaqlarını açıb tavana zilləndi. Əli ilə yanındakını yoxladı. Barmaqlarını açıq kürəyində gəzməyə başladı. Dirsəklənib "Eleonora”nı qucaqladı. Yanağını onun yanağına toxundurdu.
-Ağlayırsan?
"Eleonora” titrək barmaqları ilə yanağı boyunca cığır açmış göz yaşlarını sildi. Qüvvətli qollardan çıxmaq istədi. Amma Fəxrəddin buna imkan verməyib onu daha da bərk sıxdı.
-Nə oldu birdən?-soruşdu.
-Heç nə,-quru cavabladı.
Fəxrəddin xəfifcə təbəssüm edərək barmaqlarını onun üzündə gəzdirdi.
-Adın nədir? Əsl adın...
"Eleonora” sərt şəkildə Fəxrəddinə nəzər saldı. Onun bir nöqtəyə zillənərək tərpənməyən göz Ardı »