Maraqli Hekayeler → Əliaçıqlıq
Bir xəsis öz səyahətləri zamanı sufi bir şəxsə rast gəlir və onlar yollarına birgə davam edirlər.
Getdikləri yolda zamanın tez keçməsi üçün xəsis danışmağa başlayır. O sufiyə ticarətdən necə pul qazandığını, hər qəpiyini necə qoruduğunu, öz həyatı boyu hansı sərvətləri topladığını və hazırda qohumlarının ona necə paxıllıq etdiyini danışır.
Xəsis elə hey həyəcanla deyirdi:
-Bir düşün: onlar ki, əsl tənbəllərdir! Ac dilənçilər! Onlar məni qənaətcil olduğum üçün simic adlandırırlar!
Sufi ciddi şəkildə dedi:
Onlar haqlı deyil, mən ömrümdə sənin kimi səxavətli insana rast gəlməmişəm!
Doğurdan? – deyə xəsis təəccüblə və inamsız şəkildə soruşdu.
Sufi cavab verdi:
— Doğurdan. Sən əslində özünün qənaətcil olduğunu güman edirsən. Əslində sənin əli açıqlığın Ardı »