Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Hekayeler → Şükürsüz günümüz olmasın!..

Kəskin qarlı, dağıdıcı küləkli bir qış günündə evimizin qapısı döyüldü. Qapını açanda qarşımda nimdaş paltarlı, cırıq paltolu iki uşaq vardı. Evdə köhnə qəzet olub olmadığını soruşdular. İşim çox idi. Əvvəl yox demək istədim. Gözüm ayaqlarına sataşdı və susdum. İkisinin də ayağında köhnə ayaqqabı vardı və ayaqları islaqdı.ALLAHIM SƏNƏ ÇOX ŞÜKÜR!
"İçəri girin sizə isti kakao verim!" - dedim. Heç danışmırdılar. Xalçanın üstündə islaq ayaqlarının izi qalmışdı. Kakaonun yanında yağ, mürəbbə, çörək verdim. Onlar sobanın yanında çörəklərini yeyərkən mən də işlərimə davam etmək üçün mətbəxə getdim. Amma bir müddət sonra otaqdakı səssizlik diqqətimi cəlb etdi və başımı otağa doğru uzatdım. Kiçik qız əlindəki Ardı »

Maraqli Hekayeler → Bir mənzildən digərinə.

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq Ardı »

Maraqli Hekayeler → Harun Ər Rəşid və yuxuyozanlar

Harun Ər Rəşid və yuxuyozanlar

Bəzən dediyimiz söz başımıza bəla olur. Ancaq bu fikri elə şəkildə deyə bilərik ki, eyni məna kəsb etsə də qarşı tərəf inciməz. "Necə deyərlər nə şiş yanar nə kabab". İlk dəfə mən bu əhvalatı eşidəndə çox xoşuma gəlmişdi. Demək olar ki, ən çox bəyəndiyim əhvalatlar sırasında birinci yerlərdən birini tutur. Bu səbəbdən istəyirəm sizinlə də bölüşüm.

Bir gün Harun Ər-Rəşid yuxuda görür ki, onun bütün dişləri tökülüb. Səhər yuxudan oyanan kimi təbii ki qulluqçularına əmr edir ki, ən yaxşı yuxuyozanı tapıb onun yanına gətirsinlər. Onlar ən yaxşı yuxu yozanı tapıb gətirirlər.

Harun Ər-Rəşid yuxusunu yuxuyozana danışdıqda, yuxuyozan deyir;

-Yuxu Ardı »

Maraqli Hekayeler → Doğuldular, yaşadılar və öldülər

Gənc şahzadə taxta çıxan kimi ölkəsini ədalətlə idarə etmək üçün dünya tarixini öyrənmək istədi.
Odur ki, bütün məşhur alimləri saraya topladı və: “Mənə dünyanın tarixini yazın. Mən də oxuyub ölkəmi ədalətlə idarə edim”, — dedi.
Aradan bir il, üç il, beş il, on il, iyirmi il… keçdi, ancaq alimlərdən hələ də səs-soraq yox idi. Şah yenidən alimlərə xəbər göndərdi və dünyanın tarixini soruşdu. Çox keçməmiş alimlər 40 dəvə yükü kitabla şahın hüzuruna gəldilər. Şah kitablara baxdı və: “Mən 40 dəvə yükü kitabı oxuyub qurtara bilmərəm. Yaxşısı budur, siz bunları bir az azaldın”, — dedi.

Yenə aradan bir il, üç il, beş il, on Ardı »

Maraqli Hekayeler → Cəhənnəm qorxusu

Şahın qızını oğurlayırlar. Qız oğruların əlindən çətinliklə də olsa qaçmağı bacarır. Gecə olduğundan saraya qayıda bilmir və gizlənmək üçün bir evin qapısını döyür və vəziyyəti qapını açan oğlana başa salır. Oğlan qızı gizlədir evdə. Sonra gedib quran oxumağa başlayır.

Qız isə onu gizlincə müşahidə edir. Oğlan Quranı oxuduğu zaman əlini otağı işıqlandirmaq üçün yandırdığı

şamın üstünə tutur, sonra Quranı götürür və oxumağa davam edir. Belecə oğlan quranı bu qayda ile sehere

qeder oxuyur. Seher qızı şahın sarayına gətirir. Qiz atasına oğlanın Quran oxuyanda əlini şamın üstünə Ardı »

Maraqli Hekayeler → Sevginin nifrətə döndüyü an nələr olur?

Onlar beş il evli idilər. Allah iki gözəl fidan bəxş etmişdi onlara. Hər şey öz yolunda kimi idi elə bil. Lakin son vaxtlar nəsə soyuqluq hiss etmişdi Aynur. Yoldaşı evə gec gəlir, bəhanə axtarırmış kimi hər şeyi problemə çevirib, söz- söhbət salırdı. O, səbr edib hər şeyə dözürdü. Düşünürdü ki, yəqin işləri düz getmir, axır vaxtlar stress, gərginlik bütün bunlarla əlaqəlidir. O, yoldaşına dəstək olmalı, ona arxa olmalıdır. Çalışırdı ki, ailə daxili əsayişi qorusun, yoldaşı ilə üz- üzə gəlməsin, pərdə götürülməsn. Qəfil zəng hər şeyi dəyişdi. Heç vaxt ağlına gətirmədiyi hadisə onun başına gəlmişdi. Yoldaşının həyatında başqası var idi. Qəfil, anonim Ardı »

Maraqli Hekayeler → İtirilmiş kişilik (1-ci bölüm)

İtirilmiş kişilik (1-ci bölüm)

Anarın gözlərinin düz mərkəzində yanan "ocaq”, qarşısında duran istənilən insanı "əridə" bilərdi.Əsasda bu insan, qadın cinsindəndirsə.Anarın özü də, gözləri kimi cazibədar və yaraşıqlı idi.Hətta o, məktəb dövrün də məktəbin, universitet dövrün də isə, universitetin ən yaraşıqlılarından idi.İşlədiyi idarədə isə rəqibsiz lider idi.Müdürdən tutmuş, xadiməçiyə qədər, əksər işdəki qadınlar ona heyran idilər.Halbuki Anar bu vəziyyətin yaranması üçün heç bir şey etməmişdi.O sadə geyinər, soyuq davranar və çox az danışardı.Bəlkədə elə bunlar idi Anarı sevdirən.Onun maşını yox idi.Əvəzində isə motosikleti vardı.İşədə onunla gələrdi çox vaxt.Bəzənsə piyada gələrdi.O piyada yeriyərək düşünməyi sevərdi.Anarın barmağında üzük var idi.Anarın üzük taxmağının 2 səbəbi ola bilərdi.Ya aksesuar istifadə Ardı »

Maraqli Hekayeler → Mən 10 inəyə dəyirəm!

İki dost gəmi ilə səyahətə çıxır və bir adaya yetişirlər.Adada bir tayfa başçısının iki qızı var idi.Böyüyü gözəl olsa da kiçiyi xoşagəlimli deyildi.Bir dost o birisinə deyir:"Tayfa başçısının qızı ilə evlənirəm." Dostu: "Böyük qızı çox gözəldir!". O biri dost:"Mən kiçik qızı ilə evlənirəm". Dostu:"Dəli olmusan?! Axı o elə də gözəl deyil". O biri dost:"Mən bunu edəcəyəm".

Dostlardan biri adada qalır,o birisi isə səyahətini davam etdirir. Tayfanın qaydalarına görə,yaxşı qızla evlənmək üçün oğlan qız evinə 10 inək verməli idi.Dənizçi tayfa başçısına 10 inəyi verib,deyir:"Qızınla evlənmək istəyirəm". Başçı:"Böyük qızım gözəl,ağıllıdır və 10 inəyə dəyir". Dənizçi:"Mən kiçik qızınızla evlənmək istəyirəm". Başçı:"Görmürsən,axı o...".Dənizçi:"Ancaq onunla evlənmək istəyirəm". Ardı »