Maraqli Hekayeler → Azadlıq qiymətinə foto
Ömrün ayrı-ayrı anlarına güzgü tutan xatirələrimiz kolleksiyaçıların topladığı bahalı əşyalar kimidi. Onları pulumuz, vaxtımız hesabına, bəzən də lap həyatımız bahasına “alıb” xatirələr muzeyinin eksponatına çeviririk. Elə-belə, “müftə” olanı, “nəfə” qalanları daha çoxdu, beləsindən danışmıram.
Şirinli-acılı min-min xatirənin içində ən yadda qalanı ən “baha” alınanıdı. Xatirələrin dəyəri ona çəkilən “xərc”i gözəyarı da olsa qiymətləndirəndə bilinir. Bunu hər kəs hesablaya bilər. Bax, mən: Rumıniyanın Braşov kurort şəhərində dostların fantastik məbləğ deyib imtina elədikləri bir gecəlik xatirə üçün cibimdəki pulun, yalan olmasın, hamısını xərcləmişdim; Ağdamdan Şuşaya qalxanda vertolyota dəyən güllənin doğurduğu xatirə lap “baha çıxmışdı” – bütün ömrə çatası qorxunu bir neçə dəqiqədə Ardı »