(DEBÜT- YƏNİ İLK ADDIMLAR)
Üç aylıq tətil müddətimin demək olar ki, yarısından çoxunu yatırdım. Sanki Bakıdakı təhsil həyatımın mənim üçün ən acılı dəqiqələri sayılan, səhər saat yeddinin yarısı durmaq əziyyətinin acığını çıxmaq üçün yaranan fürsətdən istifadə edirdim. Bəzən isə gecədən açıq qoyduğum, otağımın o qədər də kiçik olmayan pəncərəsindən səhərlər içəri dolan aylardır həsrətindən boğulduğum təmiz kənd havasını ciyərlərimə çəkərək, gün işığı zenit nöqtədə qərarlaşıb, göz qapaqlarımı açılmağa məcbur edənə kimi yatağımdan durmurdum. Hələ üstəlik yarpaqları güclə titrətməyi bacaran həzin səhər mehi ki, öz mövqeyini dağlardan götürüb, istiqamətini kəndimizin sıx meşəliyindən salaraq uca-qoca ağacların, hələ bəlkə də indiyədək rastlaşmadığımız çiçəklərin və güllərin Ardı »