Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerGəlincik

60 il bir yerdə ömür sürmüş ər-arvad bu illər ərzində heç nəyi gizli saxlamır, bütün sirlərini bir-birilə bölüşürlər. Aralarında yeganə sirr olaraq qalan bir ayaqqabı
qutusu olur. Qadın həyat yoldaşından qutunu yalnız o dünyasını dəyişdikdən sonra açmağı xahiş edir. Günlərin bir günü qadının vəziyyəti ağırlaşır, əri ondan
qutunu açmağa icazə verməsini xahiş edir. Qadın razılıq verir. Qutunun içindən bir cüt gəlincik və 6000 manat pul çıxır. Kişi bunların nə məna daşıdığını soruşduqda qadın deyir:
-60 il əvvəl sənə ərə gələrkən anam mənə belə bir nəsihət etdi:"Səbirli və təmkinli ol. Ərin sənə hirsləndiyi zaman ona bir söz demə, bir gəlincik düzəldib qutunun içinə Ardı »

Maraqli Hekayeler"Dəfn mərasimi"

Donna müəllimənin dördüncüləri ilk baxışdan keçmişdə gördüyüm siniflərdən heç nə ilə fərqlənmirdilər. Pəncərələrə cürbəcür çiçək dibçəkləri qoyulmuş, divarlara isə şagirdlərin "əl işləri" asılmışdı. Demək olar ki, burada da başqa ibtidai siniflərdə olduğu kimi ənənəvi ibtidai sinif havası hiss olunurdu. Ancaq yenə də sinifə girəndə sinifdə başqa atmosferin hakim olduğunu görürdüm. Çünki müəllimə də, şagirdlər də həyəcanlı idilər...

Donna müəllimənin təqaüdə çıxmasına iki il qalmışdı və o, Miçiqanın kiçik bir qəsəbəsində ibtidai sinif müəlliməsi idi. Üstəlik, bütün ştatda həyata keçirilən (həm də mənim tərəfimdən) xüsusi layihədə könüllü iştirak edirdi. Donna müəllimənin işi bu layihəni öz sinifində həyata keçirmək, mənim işim isə bu layihənin Ardı »

Maraqli HekayelerXeyanet Qoxusu ...(dedektiv) II Hisse

O dəfələrlə özünə sual vermişdi: “Görəsən düz yoldayam? Bütün qadınlar eynidirmi? Onlara qarşı münasibətdə haqlıyam? Bəlkə də haqlı deyiləm. Birinin günahında beşinin nə təqsiri? Amma yox, hamısı eynidir. Yalançıdırlar. Kişilərdən istifadə edib, sonra da əlcək kimi dəyişirlər hamısı, hamısı eynidir!” Anasının tez-tez xatırlatdığı evlənmək təkidinə baxmayaraq, çalışsa da içində nəsə ona mane olurdu. Nəsə onun nifrətini alovlandırırdı. Nəsə hər dəfə evlənmək sözü gələndə, kobudluq etməmək üçün otaqdan bəhanəylə qaçmağa vadar edirdi onu. Bu nəsə - onun alçaldılmış, təhqir edilmiş saf sevgisi idi... İndi bu sevgi özündən on dəfə böyük olan nifrət, kin, acıq ilə paralelləşmişdi və nifrətin böyüklüyündən Ardı »

Maraqli HekayelerAna fədakarlığı (real hadisə)

''Yaponiyadakı zəlzələdə xilasetmə qrupu gənc bir qadının qaldığı dağıntıya qədər çatırlar. Xarabalıqların arasında qadının cəsədinə yetişirlər.Qadının dağıntı altında qalması bir qədər maraq doğurur.Sanki əllərində bir şey tutaraq dizlərinin üzərində çökmüş haldadır.Bu əsnada sanki ev üzərinə yıxılmışdır.Qurtarma qrupunun başçısı yenə də sağ qalma ümidi ilə qadına yetişmək üçün çalışır.Təəssüf ki,qadın çoxdan ölmüşdür.Qrup oradan başqa bir dağıntıya hərəkət etmək istərkən qrup başçısı açdığı dəlikdən içəri doğru qadının cəsədinin altına doğru baxır və səslənir: “Bir uşaq” !!! “Bir uşaq” var!!!
Qrup uzun bir müddət çalışdıqdan sonra bir adiyal içində ölü qadının cəsədinin altında üç aylıq bir körpə tapırlar.Qadın son bir həmləsi ilə uşağı Ardı »

Maraqli HekayelerBir qadın təkcə "ANA" olduğunu unutmaz!

«Qadın, adın nədir?»
«Bilmirəm ...»
«Yaşın neçədi? Haralısan? »
«Bilmirəm ...»
«Nə üçün o tuneli qazırdın?»
«Bilmirəm ...»
«Neçə vaxtdı gizlənirsən?»
«Bilmirəm ...»
«Nə üçün dişlədi barmağımı?»
«Bilmirəm ...»
«Bizdən sənə zərər gəlməyəcəyini bilmirsənmi?»
«Bilmirəm ...»
«Kimin tərəfindəsən?»
«Bilmirəm ...»
«Bu bir müharibədi, seçimini etməlisən»
«Bilmirəm ...»
«Kəndində adam var?»
«Bilmirəm ...»
«Bunlar sənin uşaqlarındı?»
«Bəli ...»

(Bir qadın təkcə «ANA» olduğunu unutmaz ..!) Ardı »

Maraqli HekayelerHüseyn Cavid - Qızlar Məktəbində...

- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
- Var, əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
- Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var.
- Kimdir onlar?
Ardı »

Maraqli HekayelerBəs siz məqsədinizə çatmaq üçün nə edərdiniz?

Günəşli bir gündə Xinq Şi şagirdləri ilə birgə çayın sahilinə gəzməyə çıxır. Sahil yaxınlığında Xinq Şİ ayaq saxlayıb şagirdlərinə deyir:
- Baxın, çay da həyat kimidir, gah durğun, gah coşqun. Həyat kimi daim müxtəlif libaslarda anbaan dəyişir.

Şagirdləri diqqətlə çaya baxdılar. Bu zaman müəllim soruşur:
-Deyə bilərsinizmi məqsədinizə çatmaq üçün nə edərdiniz?

Birinci şagird cavab verdi:
- Mən daim axına qarşı mübarizə aparardım və cəsarətlə ona qarşı üzərək məqsədimə çatmağa çalışardım.

həyat fəlsəfəsi çətindir-Bu yaxşıdır-deyə Xinq Şi dilləndi- lakin sən bir gün çaya qalib gəlmədən batmaq riski ilə üzləşə bilərsən.Sənə bir məsləhətim, axına qarşı üzmədən əvvəl, öyrən, sənin məqsədin məhz o istiqamətdədirmi?

İkinci şagird dedi:
-Mən isə bax Ardı »

Maraqli HekayelerTaxta pərdədəki mismar

Pis xarakterli bir gənc varmış. Bir gün atası ona mismarlarla dolu bir torba vermiş. " yoldaşların ilə mübahisə edib döyüşdüyün zaman hər səfər bu taxta pərdəyə bir mismar çax" demiş. Gənc, birinci (ilk) gündə taxta pərdəyə 37 mismar çaxmış. Sonrakı həftələrdə öz-özünə nəzarət etməyə çalışmış və keçən hər gündə daha az mismar çaxmış. Nəhayət bir gün gəlmiş ki heç mismar çaxmamış. Atasına gedib söyləmiş. Atası onu yenidən taxta pərdənin önünə aparmış. Gəncə "bu gündən başlayaraq mübahisə etməyib döyüşmədiyin hər gün üçün taxta pərdələrdən bir mismar çıxart (sök)" demiş. Günlər keçmiş. Bir gün gəlmiş ki hər mismar çıxarılmış. Atası ona "afərin yaxşı Ardı »