Maraqli Hekayeler → Sən məni Allahdan istəməyi bilmədin (3-cü bölüm)

O sanki çalınan musiqini, deyilən sağlıqları eşitmirdi. Anası onu sanki bir düyünə salmışdı. O, bu düyünün ucunu heç cürə tapa bilmirdi. Aliyənin gözəlliyi və məsumluğu onun qəlbini titrətmişdi. Bir an həyatın anlarını geri çevirmək, həyata yenidən başlamaq istədi sanki. Keçdiyi, seçdiyi yolun nə qədər səhv oldugunu indi anladı. Dogrudur Tanya da gözəl idi. Hətta gözəl ana idi. Əlindən hər iş gəlirdi. Rəhmanın pal-paltarının səliqəsinə, təmizliyinə fikir verir, ləzzətli yeməklər bişirirdi. Lakin, bu gün Aliyədə gördüyü o saflıqmı deyim, ya doğma yurdun nuru, şəfəqimi deyim, onu daha gözəl, daha qəlb oxşayan göstərirdi. Odur ki, Rəhman bir an belə özünü düşüncələrdən ayıra bilmirdi. Ardı »