Maraqli Hekayeler → Sən məni Allahdan istəməyi bilmədin (1-ci bölüm)

Aliyə bagçada bacıları və qonşu qızlarla deyib gülür, zarafat edirdi. Qızların səsi hər yanı bürümüşdü. Bu səslər sanki təbiətlə həmahəng idi. Hər yan yamyaşıl və gül-çiçəkliK idi. Qızların və quşların səsi bu gözəlliyi daha da artırırdı. Aliyəgilin həyəti qızılgüllərlə dolu idi. Bu gülləri Aliyə atası və bacıları ilə birlikdə əkmişdilər. O zaman qızlar hələ balaca idilər. İndi qızlar da, güllər də böyümüşdü.
Qızlar böyük gilas agacının altında oturmuşdular. Deyib-gülür, şənlənirdilər. Aliyə evin üçüncü qızı idi. Böyük qızlar ailə qurmuş, evdə iki qız qalmışdı. İndi böyük bacılar da ata ocagında idilər. Böyük bacı Leyla balaca qızı Sevərlə birlikdə gəlmişdi. İknci qız Sevinc isə Ardı »