Maraqli Hekayeler → Cəhalət sənin düşmənindir
Atanın oğula məktubu.
Əziz balam Enriko!
Ananın dediyinə görə dərs oxumaq sənə çox çətin gəlirmiş. Mən hələ görməmişəm ki, sən məktəbə sevinərək gedəsən və sənin bu həvəssizliyin məni məyus edir. Azca düşün. Tutaq ki, sən məktəbə getmədin və bütün gününü həyətdə oynadın. Düz bir həftədən sonra isə bu sənə çox bezdirici gələcək. İnan ki, sən sevinclə məktəbə gedən uşaqları gördüyün zaman özün özündən utanacaqsan və gəlib bizə yalvaracaqsan ki, biz səni məktəbə yollayaq.
Əzizim Enriko, hamı işləyir. Boş gəzən ancaq dəlilər və avaralardır. Düşün, bütün günü işləyib, sonar da, gecə məktəbinə yollanan fəhlələri düşün. Qadınları, qızları düşün, hansı ki, bütün həftə boyu işləyib, Ardı »