Maraqli Hekayeler → Sevgi zərbəsi [2-ci bölüm]
Aylar keçdi o gündən. Səmra təmizlikdən başqa heç nə düşünmür, kimsənin sualına cavab vermirdi. Anası arxası olmadığından o gecə qonşunun evinə getmədi. Qəlbində özünü günahkar hesab edirdi. Əgər həmin gecə nişana mane olsaydı, bəlkə də bircə balasını bu cür görməzdi. Səmra ağlasaydı, qışqırsaydı yenə rahat olardı, amma o tamamilə içinə qapanmışdı. Bəzən gecə ikən yatağına yaxınlaşıb "Qızım yatır, yoxsa oyaqdır"- deyə narahat olurdu. Amma o oyaq olurdu. Səhərə qədər... Yatarkən kədər dolu gözlərinə yuxu necə gələrdi axı? Uşaqlığa qayıtdı, qonşu qızla dostluğunun başladığı günə getdi bir anlıq. 6 yaşı olardı elə hər ikisinin. Səmra fındıq ağacının altında oturub ağlayırdı. Atasını itirmişdi Ardı »