Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerHər günahın bədəli var

Hikmət sahibi olan bir tacirin bir oğlu və bir qızı olur. Onlara çox gözəl tərbiyə verir. Həmin bu tacirin evinə hər sabah bir kişi su gətirir. Hər dəfə də qapını su gətirən kişi üçün tacirin kiçikyaşlı qızı açır. Bu qız uşaqlıqdan yaşlı adamın su gətirməsindən xəbər tutan kimi tez gedib qapını açardı.
Günlər keçir, aylar ötür, bir gün tacirin oğlu ticarət üçün Şama yollanır. Su gətirən kişi adəti üzrə suyu gətirir, balaca qız qapını onun üçün açır. Bir gün də qızcığazın atası eyvanda oturmuş halda evində baş verən bir hadisənin şahidi olur. Su gətirən kişi suyu qoyub getmək istəyəndə qəribə bir Ardı »

Maraqli HekayelerGünəbaxanın insanla söhbəti

Günlərin bir günü Günəbaxan insanla söhbətə başlayır. Günəbaxan:"Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?"
İnsan:"Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mənən yüksəlirəm."
Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar
və mən günü heç nə ilə səhv salmaram."
İnsan(təəssüflə):"Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram"
Günəbaxan:"Mən yalnız günü sevər və onun işığına ümid bəsləyərəm."
İnsan(xəcalətli halda):"Mən isə Allahdan qeyrisinə də ümid bəsləyərəm."
Günəbaxan:"Mən gün işığı ilə cücərib yerdən boy verər, gün işığı ilə inkişaf edər, gün işığı ilə də solub gedərəm."
İnsan(utanaraq):"Mən Allahın nuru ilə dünyaya gələrəm, amma Ardı »

Maraqli HekayelerQısqanc şagird

Müəllim sinifdəki ağıllı, lakin qısqanc şagirdə «Nə üçün yoldaşlarına qisqanclıq edirsən, onların etdiklərini pozub dalaşırsan?»- deyə soruşdu. Tələbə bir müddət düşündükdən sonra, "Çünki onların məndən üstün olmaqlarını istəmirəm"- dedi. "Ən yaxşı mən olmalıyam.”

Müəllim masasından qalxdı, əlinə bir parça təbaşir aldı və yerə 15 sm uzunluğunda bir xətt çəkdi, qısqanc şagirdə baxaraq, «Bu xətti necə qısalda bilərsən?»- dedi.

Tələbə bir müddət bu xətti araşdırıb, xətti bir çox parçaya bölməklə bir neçə cavab verdi. Müəllim cavabları qəbul etmədi və yerə əvvəlkindən daha uzun bir xətt çəkdi. "İndi birinci xətt necə görünür? "- deyə soruşdu.

Tələbə utanaraq «Daha qısa»- deyərək başını önə Ardı »

Maraqli HekayelerDəyişə bilməyəcəyimiz dörd şey

Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda qadın:

“ Bu həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son Ardı »

Maraqli HekayelerUşaq sevinci

Universitetdə tələbə olanda yarım gün idman malları satan bir mağazada işləyirdim. Kiçik bir oğlan uşağı həftədə ən azı iki-üç dəfə bu mağazaya gəlir və almaq istədiyi basketbol topuna baxıb gedirdi.

Mən də müdirimlə onun bu hərəkətinə gülürdük. Çünki mağazadakı ən bahalı basketbol topunu almaq istəyirdi. Ancaq bütün bunlara baxmayaraq, deyəsən, o bu qərarında çox ciddi idi… Bu hadisə demək olar ki, bir neçə ay davam etdi. Hər dəfə də uşaq mağazaya gəlir və basketbol topunun satılmadığını görəndə sevinirdi. Bundan sonra isə onun topu əlinə götürmək, orabura çevirmək və sonra da diqqətlə yerinə qoymaq vaxtı idi...

Nəhayət, bir gün uşaq mağazaya bir ayaqqabı Ardı »

Maraqli HekayelerBir əsgərin hekayəsi

Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi:
-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm.
-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər.
Oğulları:
əsgər hərbi xidmətdə-Ancaq bir məsələni bilməyiniz lazımdır deyə davam etdi. Yoldaşım döyüşdə ağır yaralandı. Minaya düşdü və bir qoluyla bir ayağını itirdi. Gedəcək heç bir yeri yoxdu və onun gəlib bizimlə qalmasını istəyirəm.
-Bunu eşitdiyimə kədərləndim oğlum. Bəlkə onun başqa bir yer tapmasına köməkçi ola bilərik.
-Xeyr. Ana, ata, onun bizimlə yaşamasını istəyirəm.
-Oğlum, dedi atası, bizdən nə istədiyini bilmirsən. Onun kimi qüsurlu biri bizə qorxunc bir yük Ardı »

Maraqli HekayelerSəndən Nigaranam (2-ci bölüm)

Səndən Nigaranam (2-ci bölüm)

Rufat yay tetillerinde Bakiya qayitdiqda men bagda ozume yer tapmazdim. Her defe bir behane ile onlara geder (gah topu bilerekden onlarin bagina salar, gah da nenemin bishirdiyinden aparardim), Rufati gordukde ise utanib aralanardim ondan. O da her defe meni gordukde 'privet, malish' (salam, balaca) dedikce, hirsimden az qala onu bogardim. Amma elbette ki, bu eseblerimi gizleder, onun meni dindirmesine gulumseme ile cavab vermeye chalishardim. Her ushagin, yeniyetmenin xeyali bir supermeni olur, menim de qehremanim, daha dogrusu, super qehremanim Rufat idi, onu ozum ucun ideallashdirmishdim. Belelikle, 4 il erzinde Rufat unversiteti bitirmish, bu iller boyunca onu ancaq tetilden-tetle gormushdum. Universiteti bitirdikden sonra Ardı »

Maraqli HekayelerMəntiq dərsi

Tələbələr növbəti tədris ilində yeni dərsin “Məntiq” olacağını öyrəndilər. Bu dərsi yaşlı bir professor aparmalı idi. Nəhayət, ilk dərs başladı və tələbələrdən biri söz istəyərək:
— Professor, məntiq bizə nə öyrədir? – deyə soruşdu.
Professor tələbələrin ona maraqla baxdığını gördü və:
— Məntiqin insanların şüuruna göstərdiyi təsiri izah etmək çətindir. Ona görə də, bunu sizə bir misalla izah etmək istəyirəm, – deyərək sözə başladı:
— Fərz edin ki, mədəndən iki adam çıxır. Birinin üst-başı tər-təmiz, o birininki isə kir içindədir. Sizin fikrinizcə, bunlardan hansı yuyunmalıdır?
Tələbələr heç tərəddüd etmədən:
— Əlbəttə ki, üstü kirli olan, – deyə cavab verdilər.
Professor gülümsəyərək:
— Məntiq isə bu suala cavab verməzdən əvvəl Ardı »