Maraqli Hekayeler → Gələcəyini bilirdim
Müharibənin ən qızğın günlərindən biriydi. Əsgər bir az qabaqda cəbhə dostunun qanlar içində yerə yıxıldığını gördü.Bir saniyə belə səngərdən çıxmağın mümkün olmadığı, güllələrin yağış kimi yağdığı bir zamanda özünü səngərdən çölə atmaq istərkən, dostu onun çiynindən tutub geri çəkdi.
— Dəli olmusan? Getməyə dəyərmi? Baxsana, dəlik-deşik olub. Ölüb. Artıq onun üçün heç nə etmək olmaz. Boş yerə öz həyatını da təhlükəyə atma.
Fəqət, əsgər, yoldaşını dinləmədi. Tez səngərdən çölə atılıb, güllə yağışı altında özünü dostuna çatdırdı. Onu çiyninə alıb, geri döndü. Birlikdə səngərin işərisinə yuvarlandılar. Amma, cəsur əsgər yaralı dostunu qurtara bilmədi. Səngərdə qalan dostu dedi:
— Sənə dedim ki, getməyə dəyməz. Özünü də Ardı »