Maraqli Hekayeler → Soyuducudakı qartopu
Qapını açıb içəri girdi. Qaranlıq idi. Əlini uzadıb işığı yandırmaq istədi.
— İşıqlar sönüb-yan otaqdan anasının səsi gəldi.
Otaq dəhlizə nisbətən işıqlı idi. Yorğun halda divanda oturdu. Birdən yadına nə düşdüsə, hövlank ayağa qalxıb mətbəxə cumdu. Soyuducunu açıb buzluğa baxdı. Gördüyü mənzərə qarşısında bütün bədəni süst düşdü. Anası yaxınlaşıb qorxa-qorxa buzluğa boylandı.
— Bağışla qızım, mən tamam unutmuşdum onu. Bir də bütün binada işıqlar sönüb, heç aparıb qonşunun da soyuducusuna qoya bilməzdim.
O heç nə eşitmirdi sanki. Barmaqlarının ucu ilə suya dönmüş qartopusuna baxırdı. Səssiz ağlayırdı…
Çoxdandır sevirdi onu. Onu ürəyinə möhürləmişdi, boğazına kilidləmişdi. Eləcə səssiz-səmirsiz sevirdi. Cəsarəti çatmırdı deməyə-onu birdəfəlik itirməkdən qorxurdu. O, qıza heç Ardı »