Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarGözəl qadınların çirkin kişiləri seçməsinin məntiqli səbəbləri

Niyə çox zaman çox gözəl qadınların yanında çirkin kişi görürük? Və nə üçün o cütlüklərin münasibətləri daha uzunömürlü olur? Hollivud ulduzlarında da vəziyyət dəyişmir, Adriana Lima - Marko Jaric, Haydi Klum - Seal və daha bir çox gözəl qadın çirkin kişilərlə evlənib. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspertlərə görə çirkin kişilər qadınları daha xoşbəxt etdiyi üçün gözəl qadınlar onlara üstünlük verirlər.

Çirkin kişinin aldatma ehtimalı sıfrıa bərabərdir!

ABŞ-ın Tennessi universitetinin mütəxəssisləri 5 il ərzində 82 cütlüyün evlilik həyatını izləyərək araşdırma aparıb. Onların gəldiyi qənaətə görə, həyat yoldaşı özündən çirkin olan qadınlar özlərini daha xoşbəxt və daha güvəndə hiss edirlər.

Ekspertlər həyat yoldaşından Ardı »

Maraqlı Melumatlar“Google” şirkəti əməkdaşlarını işə katerlə aparmağa başlayıb

“Google” şirkəti həmişəki kimi yenilik edərək avtobuslardan imtina edib və öz əməkdaşlarını Kaliforniyadakı ofisinə katerlə aparmağa başlayıb.

Belə ki, internet şirkəti San-Fransisko limanında icarəyə götürdüyü 149 sərnişin tutumlu katerdən əməkdaşların Silikon vadisinə səhər işə, axşam isə evlərinə çatdırılması üçün gündə iki dəfə istifadə edir.

“Google” nümayəndələri bildiriblər ki, katerdən istifadə sınaq məqsədilə həyata keçirilir və sınaq müddətinin nə vaxtadək davam edəcəyi məlum deyil. Bundan başqa, şirkətin katerin icarəsinə görə nə qədər pul ödəməsi barədə məlumat verilmir.

Şirkət San-Fransisko sakinlərinin 2013-cü ilin sonunda başlayan etirazları səbəbindən avtobuslardan imtina etməli olub. Belə ki, bir qrup nümayişçi “Google” və “Apple” şirkətlərinin əməkdaşlarını aparan Ardı »

Maraqlı Melumatlar"Hot dog"un tarixcəsi

“Hot Dog”u tam cəsarətlə Amerika mətbəxinin klassikası adlandırmaq olar.

Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-ın simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) “Hot dog” ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir.

1900-cü ildə Almaniyadan ABŞ-a gəlmiş qəssab Çarlz Feltman burada “Hot dog”un kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişir. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü. O dövrlər bu, Ardı »

Maraqlı MelumatlarBunları da bilmək lazımdır

1 kq bal hazırlamaq üçün 1 arı 2 milyon gülə qonmalıdır

1. Fransada insan siması olmayan gəlinciklərin satışı qadağandır.

2. Son 5 ildə Kanada 4 dəfə BMT tərəfindən yaşamaq üçün ən ideal ölkə seçilib.

3. Peyğəmbərimiz (s) buyurub: “Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa, behişt onundur: Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta”.

4. Qədim Romada xəstə cərrahiyyə əməliyyatı zamanı ölərdisə, cərrahın əllərini kəsirdilər.

5. Sienada (İtaliya) Mariya adlı qadın fahişə ola bilməz.

6. Dünyadakı canlıların 70%-i bakteriyalardır.

7. Fil yeganə heyvandır ki, 4 dizi vardır.

8. Tokioda zooparklar il ərzində 2 ay bağlanır ki, heyvanlar Ardı »

Maraqlı MelumatlarTeleviziya tarixində ən uzun seriallar

1. "İstiqamətverici işıq"(1952-2009-cu illər)
15762 seriyadan ibarətdir, davamlılığı 164 gün 4 saat 30 dəqiqə və ya 236430 dəqiqədir.
Televiziya tarixində ən uzun serial olaraq Ginnesin rekordlar kitabına daxil edilib. Serial Çikaqoda
yaşayan keşişin həyatından bəhs edir.

2."Dünya necə fırlanır" (1956-2010-cu illər)
Serial 13763 seriyadan ibarətdir. Ümumi efir vaxtı 573 gün 11 saat və ya 825780 dəqiqədir.
Sujeti Okdeyl şəhərciyinin sakinləri, məişət problemləri və arzuları üzərində qurulub. Serialda Martin Şin
Meq Rayan kimi məşhurlar çəkiliblər.

3."Yaşamaq üçün bir həyat" (1989-2009-cu illər)
Serial 10625 seriyadır, ümumi vaxtı 221 gün 8 saat 30dəq və ya 318750 dəqiqədir. Bu, rasizm və narkomaniyadan bəhs edən ilk serialdır. Sujet xəttini uydurulmuş Llanvyu şəhərciyinin Ardı »

Maraqlı MelumatlarDolların üzərindəki şifrələrin mənası nədir?

ABŞ dollarının üzərindəki möhürlər, işarələr, simvollar haqqında çox danışılıb. Onlarla bağlı hətta sui-qəsd nəzəriyyələri irəli sürülüb. Amma onların hansının doğru, hansının səhv olduğu hələ də müzakirə edilir. Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Son vaxtlar bir dollarlıq əskinasların üzərində təsvir olunmuş yarımçıq piramida, 13 rəqəmi, bir qanadı ilə zeytin budağı, o birisi ilə ox tutan Amerika qartalı, göz bir çox ehtimalların meydana çıxmasına səbəb olub. Bəzilərinə görə bunlar Mason Lojasının, başqalarına görə isə satanizmin simvollarıdır. Bu baxımdan amerikalı tarixçilər tərəfindən bu simvolların izahı daha inandırıcı görünür.

Onların fikrincə, əskinasın üzərindəki yarımçıq piramida təsviri mütləq gücün simvolu, eyni zamanda kosmosa açılan Ardı »

Maraqlı Melumatlarbir az düşünün...

Kömək siqnalı olan S.O.S -ın mənası nədir?
Çox adam "Save our Ship" (gəmimizi qurtar), "Save our Soul" (ruhumuzu qurtar), "Stop Other Signals" (digər siqnalları dayandır) kimi sözlərin tərcüməsi kimi bilir. Amma heçbiri deyil. Tamamən teleqraf zamanından qalma Mors əlifbasıyla bağlıdır. Kömək çağırışının asan yadda qalması üçün 1908 -də üç xətt, üç nöqtə, üç xətt olan S.O.S seçildi.


Niyə ağlayırıq?
Dünyadakı canlılardan yalnız insan ruhsal səbəblərə görə ağlayır. Əslində gözyaşı gözlərimizi qorumaq üçün lazımdır. Amma ağlamaq ruhsal boşalmadır. Bu mövzunu birinci dəfə Darvin araşdırıb. Sonra aparılan təcrubələr nəticəsində bilindi ki, soğan soyarkən axan gözyaşları ilə əsəbdən ağlayarkən (ruhsal) axan gözyaşlarının kimyəvi tərkibi də fərqlidir. Ruhsal Ardı »

Maraqlı Melumatlar"Qızıl üzüyün fəsadları və faydası"

Məlumdur ki, Məhəmməd peygəmbər (s) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir. Bu yaxınlarda alimlər həmin qadağanın izahını vermişlər. Onların fikirincə qızıldan olan üzük sağlamlığımıza kifayət qədər ciddi təsir göstərir. Kişilərə qızıl üzük daim gəzdirmək olmaz. Çünki qiymətli metal vaxt keçdikcə oksidləşir və kimyəvi reaksiya məhsulları əmələ gətirir. Bu isə kişilərin cinsiyyət vəzilərinə mənfi təsir göstərir. Cinsiyyət vəzilərinin fəaliyyətini əyarından asılı olmayaraq bir milliqram qızıl oksidi də pozur. Maraqlı odur ki qızılın mənfi təsiri qadınlara aid deyildir. Alimlər bunu qadın orqanizminin hormonal və cinsiyyət sisteminin xarici təsirlərindən yaxşı müdafiəe olunması ilə izah edirlər.

Lakin qızıl üzüyün orqanizmə Ardı »