Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarÇox gülən çox yaşayar

ABŞ-ın Miçiqan ştatının Ueyn Universitetinin alimləri maraqlı bir fakt aşkar ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. Hesablamalar göstərmişdir ki, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır.
Alimlər bu fenomenin nə ilə bağlı olduğuna hələlik cavab tapmayıblar. Lakin hesab olunur ki, təbəssüm insanın daxili harmoniyasını, nikbinliyini və həyata nikbin münasibətini əks etdirir. Odur ki, çalışın daha çox gülümsəyin və həyatda heç nəyin sizi üzməsinə izin verməyin. Ardı »

Maraqlı MelumatlarNobel Mükafatı haqqında

İlk mükafat Alfred Nobelin vəfatından beş il sonra verilib
Dinamiti kəşf edən, isveçli kimyaçı Alfred Nobelin sərvətini fonda bağışladığını eşidən qohumları məhkəmə vasitəsilə onun vəsiyyətinə etiraz etmişdilər. Beləliklə, ilk Nobel Mükafatı, ixtiraçının ölümündən düz 5 il sonra sahiblərinə təqdim olunub.

Dünyasını dəyişmiş elm xadimlərinə verilən Nobel mükafatları
Əslində Nobel Mükafatı ancaq yaşayan insanlara verilir. Buna baxmayaraq, 1961-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Dag Hammarskyold ilə 1934-cü ildə Nobel Ədəbiyyat Mükafatını qazanan Erik Axel Karlfeldə mükafatları dərhal verilməyib. Namizədlik müddəti ilə mükafatın təqdim olunduğu zaman kəsiyində qaliblər vəfat ediblər. Buna görə də bu şəxslərə mükafatlar ölümlərindən sonra verilib. 1974-cü ildə ölümündən sonra mükafat verilmə Ardı »

Maraqlı MelumatlarQiyamətmi yaxınlaşır yoxsa?!

Rusiyada ildə 12 mindən yuxarı qadın, ailə içi şiddət nəticəsində həyatını itirir.
İngiltərədə 15 yaşındakı uşaqların yarısı narkotik istifadə edir, dörddə biri isə siqaret çəkir.
ABŞ və İngiltərə, inkişaf etmiş ölkələr arasında ən yüksək erkən hamiləlik nisbətinə sahibdir
Çin Respublikasında təxminən 44 milyon qadının itkin olduğu qeyd edilir.
Braziliyadakı Avon qadınlarının sayı, əsgər sayından çoxdur
İngilis süpermarketleri, müştəriləri haqqında hökumətdən daha çox məlumata sahibdirlər.
ABŞdaki hər inək üçün verilən gündəlik 2.50 dollarlıq yem, Afrikanın yüzdə 75-nin gündəlik dolanışığından daha çoxdur.
Dünya əhalisinin beşdə biri, gündəlik 1 dollardan aşağı gəlirlə yaşayır.
1 ildə 13.2 milyon Amerikalı, estetik əməliyyat etdirir.
Quru minaları səbəbiylə saatda bir insan ölür və şikəst qalır.
Hindistanda 44 milyon Ardı »

Maraqlı MelumatlarAvtomobillərdə eCall olacaq

Avtomobillərdə eCall olacaq

Avropa Parlamenti 1 aprel 2018-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ərazisində satılan bütün yeni avtomobillərin sinfindən və qiymətindən asılı olmayaraq mütləq şəkildə "eCall” təcili kömək çağırış sistemi ilə təchiz edilməsinə dair qərar qəbul edib. Sistemdən istifadə pulsuzdur, onun quraşdırılması isə 100 avroya başa gəlir.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, “eCall” xidməti yol-nəqliyyat hadisəsi baş verdikdə və avtomobildə təhlükəsizlik yastıqları açıldıqda 112 vahid telefon nömrəsi üzrə xilasetmə xidmətinin avtomatik çağırılmasını nəzərdə tutan xüsusi proqram-aparat kompleksidir. Servis dispetçerə təkcə qəza yerini deyil, həm də hadisənin baş vermə vaxtı, maşının markası, onun istifadə etdiyi yanacaq növü və salonda olan insanların sayı barədə məlumat ötürür.
Ardı »

Maraqlı MelumatlarBenvenuto Çellinin “Ziyanverici” güzgüsü

Hal-hazırda qadınların əliçıraqlı axtardığı bu sənət əsəri qeyri-adi qüvvəyə malikdir. O, heç vaxt sərgiyə, yaxud da hərraca çıxarılmayıb. Əsər öz sahibini həmişə özü seçib. Bununla bağlı bütün əhvalatların personajı – dünyaca tanınmış insanlardır. Söhbət XVI əsrin görkəmli italyan heykəltəraşı Benvenuto Çellininin düzəltdiyi ovsunlanmış güzgüdən gedir. Bu şah əsəri “əbədi cavanlıq güzgüsü” də adlandırırlar. O, öz sahibələrinə təbiətin və zamanın gücünə qarşı əbədi cavanlıq və gözəllik bəxş edir. Onu oğurlayanları isə qəddarcasına cəzalandırır! Tarix boyunca bu əsər dünyanın bir çox ölkələrini gəzib-dolanıb.
Güzgünün tarixçəsi olduqca dumanlıdır. Üst-üstə toplanan faktlara əsaslanaraq əldə edilən TARİXÇƏni təqdim edirik:

XVI əsr. Fransa. I Frasiskin sarayında İntibah dövrünün ən Ardı »

Maraqlı MelumatlarDəmir kitab

Ölü dəniz sahillərində aşkarlanmış yeni tapıntılar sensasiyalı nəticələrə səbəb ola bilər

Ölü dənizin sahillərində, İordaniyadakı bir mağarada dəmirdən hazırlanmış 70 kiçik kitab tapılıb. Qüds və Əmman Universitetlərinin arxeoloqlarının dediklərinə görə, bu tapıntı 1947-ci ildə aşkarlanmış “Ölü dəniz kitabələri”ndən də əhəmiyyətli, qiymətli ola bilər.

Ən azı ona görə ki, üz qabığı və səhifələri dəmirdən hazırlanmış, yazıların dəmir qələmlə cızıldığı kitablar qədim düyna tarixi ilə bağlı indiyədək mövcud təsəvvürləri dəyişə bilər.
Kitabların əksəriyyəti İsa Məsih və onun həvariyunlarına həsr olunduğundan, Bibliya ilə bağlı biliklərdə də dəyişikliklər mümkündür.

Alimlər hesab edirlər ki, tapılmış kitablar adı Bibliyada çəkilən və “itirilmiş əlyazmalar” deyilən kitabələrdir.

Britaniyalı arxeoloq Devid Elkinqtonun dediyinə görə, Ardı »

Maraqlı MelumatlarBədnəzər

Hamımızın həyatında baş verib bu. Geyinib- gecinirik, toya-ad gününə gedirik və qayıdandan sonra xəstələnirik. Ya da uşağımız çox şirin görünür, qonşular “ay Allah saxlasın” deyir, bir neçə dəqiqə sonra uşaq yıxılır, ya da qızdırması qalxır. İzahatımız dərhal hazırdır: uşağa bəd nəzər tuş gəlib, kiminsə gözü dəyib körpəmizə, özümüzə və s.

Bədnəzərdən qorunmaq üçün evinin ən gözəgəlimli yerinə, ya da uşağının boynuna göz muncuğu asan da var, evə gələn kimi üzərlik yandıran da. Hətta işi o qədər absurda çatdıranlar var ki, hər evə girib-çıxan olandan sonra bir “partiya” evi üzərlik tüstüsünə bürüyür. Nəsə, uzun sözün kəsəsi, nədir bu nəzər, bəd nəzər, göz dəymə, Ardı »

Maraqlı MelumatlarDünyanın 8-ci möcüzəsi | Bürc Xəlifə

Dubayda yerləşən Bürc Xəlifə binası dünyanın ən hündür binasıdır və onun hündürlüyü 829,8 metrdir. Binanın tikintisi 2004-cü il sentyabrın 21-də başlanılıb və onun xarici hissəsinin tikintisi 2009-cu il oktyabrın 1-də başa çatıb. Bina rəsmi olaraq 2010-cu il yanvarın 4-də açılıb. Binanın tikintisinə 1,5 milyard dollar pul xərclənib və onun layihəsinin müəllifi amerikalı memar Adrian Smith-dir.


Bürc Xəlifə Dubayın yeni işgüzar hissəsinin simvolu sayılır. Kompleksin daxilində otellər, yaşayış evləri, ofislər və ticarət mərkəzləri yerləşir. Binanın 3 girişi var: otelə giriş, apartamentlərə giriş və ofislərə giriş.

Bina 163 mərtəbədən ibarətdir və onun daxilində 57 lift var. 1-39-cu (17 və 18-ci mərtəbələrdən başqa) mərtəbələrdə Armani Ardı »