Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarStressi sakitləşdirən ətirlər

Özünüzü stressli hiss etdiyiniz zamanlarda lavanta, limon, mango ya da digər xoş ətirli bitkilərin köməyiylə stressdən uzaqlaşa bilərsiniz .

Yapon elm adamları, bəzi ətirlərin gen hərəkətliliyini və qanın kimyasına təsir edərək stress səviyyəsini azaltdığını qarşıya qoyan ilk elmi dəlilləri ortaya çıxardılar. Bu tədqiqat Journal of Agricultural and Food Chemistry adlı jurnalda nəşr olundu.

Yeni araşdırmaya görə, Akiio Nakamura və qrupu, insanların qədim zamanlardan üzü bəri stressi azaltmaq, depressiya ilə başa çıxmaq və yuxu keyfiyyətini artırmaq məqsədiylə bəzi bitkilərin ətirlərini istifadə etdiklərini ifadə etdi.

LAVANTA VƏ NANƏ

Ruh və bədən sağlamlığını yaxşılaşdırmaq məqsədiylə ətirli bitki yağlarının istifadə edildiyi Aromaterapi seansları, son illərdə alternativ tibb üsulları Ardı »

Maraqlı MelumatlarQar dənəciyi nəyə görə altı künclü olur?

Qar dənəciyi nəyə görə altı künclü olur?

Qar dənəciyi-təbiətin yaratdığı gözəlliklərdən biridir. Qışda göydən-yerə milyonlarla qar dənəciyi tökülür.

Sən bildiyin kimi, qar donmuş sudur. Bəs onda qar dənəciyi donmuş sudursa, bəs onda nəyə görə o ağdır? Axı o rəngsiz olmalıdır.

Yadda saxlayın ki, aşağı dərəcədə su donanda onun malekulları kristal şəklində düzülür, geometrik forma alır və kristallaşır. Bundan sonra isə onlar ağ rəng alaraq altıbucaq şəkli alırlar. Ən qəribəsi odur ki, onların arasında iki, bir-birinə oxşayan qar dənəciyi tapmaq qəti mümkün deyil. Ardı »

Maraqlı Melumatlar"Yaşıl qutu"

Azərsun Holdinqin «Təbiəti qoruyaq» adlı layihəsiyaşıl qutu
Tamamilə ödənişsiz olaraq «Yaşıl qutu»nu sizin ofisdə yerləşdirir və istifadə etdiyiniz tullantı kağızları topalayıb onlara zəng edirsiz və onlar gəlib aparırlar. (1 gün avvəlcədən zəng etmək lazımdır)
Telefon: (050) 498 54 54 (Kamal müəllim)
Bu qədər asan.
PS: Bununla siz neçə-neçə ağacın kəsilməsinin qarşısını ala bilərsiniz.
Bir Yer kürrəmiz var. Hansı ki, ehtiyyatları tükənə bilər.
«Təbiəti qoruyaq»
Xırdalan Karton Fabriki
www.kartontara.az
Bakı Karton Tara Fabriki Ardı »

Maraqlı MelumatlarQalileo Qalileyin səhvinin səbəbi axtarılır

Britaniya və İtaliya alimlərindən ibarət tədqiqatçılar qrupu 16-cı əsrdə yaşamış alim-astronom Qalileo Qalileyin ekshumasiyasına icazə istəyib.

Alimlər onun qalıqlarının müayinəsi vasitəsilə DNT-sini tədqiq edib öyrənmək istəyirlər ki, Qalileo Qalileyin bəzi elmi işlərinə onun pis görmə qabiliyyəti nə kimi təsir göstərib.

Elm dünyasında müasir astronomiyanın atası kimi qəbul edilən Qalileo Qalileyin görmə qabiliyyəti çox zəif idi və ömrünün sonlarına yaxın o tamamilə kor olmuşdu.

Onun elmi işləri və tədqiqatlarında bəzi səhvlər aşkar edilmişdi. Misal üçün, Qaliley hesab edirdi ki, Saturnun halqası deyil, iki peyki var.

Qalileo Qaliley həm də Yer Kürəsinin Günəşin ətrafında dövr etməsi nəzəriyyəsinin tərfdarı kimi tanınırdı. Ardı »

Maraqlı MelumatlarDünyanın ən uzun xalçası

Azərbaycanda xalçaçılıq nümunələrinin yarandığı ilk şəhərlərdən biri Təbrizdir. Təbriz xalçaçılarının toxuduqları ən məşhur xalçaçılıq nümunəsi “Ərdəbil xalçası«dır. Bu xalça uzun müddət dünyanın ən böyük xalçası olmuşdur. Uzunluğu 11,5 m, eni 5,34 m, ümumi sahəsi 61 m2 olan xalça dünyanın nadir xalçalarından biridir.

1539-cu ildə Səfəvi hökümdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. Xalçanın digər adı „Şeyx səfi” xalçasıdır. “Şeyx Səfi” xalçası 1893-cü ildə auksionda satılarkən İngiltərəyə gətirilib. Bəzi məlumatlara görə, xalçanı “Ziegler & Co.” adlı xalçaçılıqla məşğul olan bir şirkətə satıblar. Xalçanın satılması ilə əlaqədar danışıqların 1888-ci ildən başlanması barədə söhbətlər də var. 1892-ci ildə Londonda “Vincent Robinson & Co.” Ardı »

Maraqlı MelumatlarYağışa dair maraqlı faktlar

1.Portuqaliyada yağış işə getməmək üçün üzrlü səbəb hesab olunur.

2.Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.

3.Darts oyununun yaranma səbəbi yağış olub. Bir gün oxçular yarış vaxtı yağışa düşüblər. Pivəxanaya gedib qısaldılmış oxları divardakı hədəfə atmağa başlayıblar.

4.Əslində yağışın iyi yoxdur. Yağışın ətri dediyimiz iyi əslində aktino və sianobakteriyalar ifraz edir. Yağışa iy verən maddə geosmin adlanır.

5.Uqanda sakinlərini fırtına ilə qorxutmaq olmaz. Belə ki ölkədə ildə 250 gün yağış yağır.

6.Radioda hava proqnozlarının yaranma səbəbi yağış olub. Amerikalı radiostansiya sahibi bir gün yağışa düşdükdən sonra radiosunda sutkada bir neçə dəfə yağış haqda məlumat verən yeni rubrika açıb.

7.Quraqlıq Ardı »

Maraqlı MelumatlarDaş Meşə

Madaqaskarda özünün möhtəşəmliyi ilə hamını heyran edən unikal bir yer var. Bu yer dünyanın 10 geoloji möcüzəsindən biridir.

Tsinci-de-Bemaraha qoruğunu 152 000 hektarlıq ərazidə yerləşir. “Daş meşə” adını daşıyır. Yerli əhali buranı tərcümədə “yalınayaq gəzilməyən yer” mənasını verən “Tsinqi” adlandırırlar. 1927-ci ildə Tsinci-de-Bemaraha Milli Qoruq statusunu almış, 1990-cu ildə isə Uneskonun Dünya Mədəniyyət Mirasları siyahısına alınmışdır. Qoruğun ümumi ərazisi 152 000 hektar təşkil edir ki, bu da, Madaqaskarda qorunan ən iri sahədir. Alimlər bu unikal yerin 1 milyon il yaşı olduğunu iddia edirlər. Qoruq milyon illər ərzində küləklərin və suyun möcüzəvi şəkildə dəyişdirdiyi qayalar kompleksləri və hündürlüyü 50 m-ə çatan zəncirvari zirvələrlə Ardı »

Maraqlı MelumatlarBir dahinin yalnız ölümü...

Tarix: 1850.
Məkan: Vyana Xəstəxanası.
Xəstəxanaya xaos hakimdir.
Xəstəxanada iki hissə var və bunlardan birində doğum edən hər yüz qadından doxsanı sepsis(doğum qızdırması) deyilən xəstəlikdən ölür. Elm hələ mikrobların, virusların və bakteriyaların kəşfini etməmişdi.
Xəstəxana professorları ölümlərin çoxluğunu mamaların və tibb bacılarının uğursuzluğu ilə izah edirlər.
Bir dahi bütün bu olanlara qarşı çıxır. Dr. Semmelweis (İqnas Zimmelvays), professorlarla eyni fikirdə deyil.
O, tibb şagirdlərinin əllərini heç yumadan palatalara girib-çıxdıqlarını görür və öz hissəsində, bütün həkim və həkim namizədlərinin palatalara girmədən əvvəl əllərini əhəngli su ilə yumalarını istəyir.

Bu kiçik istək qısa zamanda təsirini göstərir və lohusa qızdırmasından ölüm nisbəti diqqət çəkəcəq qədər azalır. Zemmelvays Die Aetiologie, Ardı »