Peyğəmbərlərin Həyatı → İDRİS PEYĞƏMBƏR
Uca Allah buyurur: 56. Kitabda İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.
57. Biz onu yüksək bir məqama qaldırdıq. (Məryəm: 56,57).
Uca Allah İdrisi tərifləyib, onun doğru danışan və peyğəmbər olduğunu bildirmişdir.
Bəziləri deyirlər ki, Müaviyə ibn əl-Həkəm əs-Suləminin hədisində İdris peyğəmbərə işarə edilir. Belə ki, Peyğəmbər qum ilə fala baxmaq haqqında soruşulduqda demişdir: "Bir peyğəmbər (özünün möcüzəsi olaraq) qum üzərində xətt çəkərdi. Əgər sizə də ona verilən möcüzə verilsəydi icazəli olardı."
(Muslim: ? 537.)
Əksər təfsir və fiqh* alimləri iddia edirlər ki, ilk dəfə bunu edən o olmuşdur. Onlar bunu "Hurmus əl-Həramisə" adlandırırlar. Digər peyğəmbərlərin, Ardı »