Peyğəmbərlərin Həyatı → Möminlərin əmiri Osman ibn Əffanın (A.r.o.) Xilafəti (Hicri 23-35)
Şura hadisəsi:
Ömərə (Allah ondan razı olsun) xəsarət yetiriləndə o xilafəti altı nəfərə həvalə etdi. Onlar, Osman ibn Əffan, Əli ibn Əbu Talib, Talha ibn Ubeydullah, Zubeyr ibn əl-Əvvam, Əbdürrəhman ibn Ovf və Səd ibn Əbu Vaqqas idilər. Şura hadisəsini İmam Buxari Səhih adlı kitabında rəvayət etmişdir. Bu rəvayətlə biz həqiqi tarixin itmədiyinə bir daha əmin oluruq. Buxari bizim üçün iki önəmli hadisəni rəvayət etmişdir. Biz: "Tarixi mütləq dəqiqləşdirmək lazımdır" - deyəndə yanılmamışıq. Əlhəmdulilləh bu kimi əhəmiyyətli tarixi hadisələri dəqiqləşdirmək, bu haqda doğru rəvayətlər tapmaq mümkündür.
Buxari Ömərin (Allah ondan razı olsun) qətli haqda uzun bir rəvayət qeyd etmişdir. Rəvayətin bir hissəsində deyilir: Ardı »