Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərin HəyatıPeyğəmbərimizin Həyatından Gözəl Örnəklər (Ticarət və Faiz məsələləri)

Ticarətin Təşviq Edilməsi və Doğruluğun Fəziləti

Böyük islam alimləri Hz. Məhəmmədin (s.a.v.) peyğəmbərliyinin dəlillərinin başında hamının qəbul etdiyi doğruluğunu örnək göstərirlər. Onun bu xüsusiyyəti sadəcə müsəlmanlar tərəfindən deyil, Məkkəli müşriklər tərəfindən qəbul edilmiş bir gerçəkdir.
İslamiyətin doğuşu ilə birlikdə Peyğəmbərimiz (s.a.v.) bütün insanlığı, həyatlarının hər bir anında dürüst olmağa çağırmışdı.
"Doğruluqdan yapışın doğruluq yaxşılığa aparar. Doğruluq və yaxşılıq sahibləri cənnətdədir. Yalandan qaçın, yalan söyləyənlər və pislik edənlər cəhənnəmdədir." (Təbərani)

"Doğruluğu riayət edin. Çünki doğruluq xeyrə aparar. İnsan doğru söyləyib doğruluğu araşdıra-araşdıra Allah qatında doğruçu yazılar. Yalandan qorunun. Çünki yalan sapqınlığa aparar. Şübhəsiz sapqınlıq da cəhənnəmə aparar." (Müslim)
Peyğəmbərimiz "ticarətə davam edin. Çünki ruzinin onda doqquzu Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN YEMƏYİ

Bu ümmətin Peyğəmbərinin halını düşün: Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat edənə qədər masa üzərində yemək yeməmişdi, yenə vəfat edənə qədər buğda çörəyi yeməmişdi1. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər
- sallallahu aleyhi və səlləm - onun yanına gələr və buyurardı: «Yeməyə bir şey varmı?» Aişə:
«Xeyr» dedikdə o: «O halda mən bu gün orucam» deyə buyurardı2. Buna görə də Peyğəmbər -
sallallahu aleyhi və səlləm - heç bir yeməyi pisləməz, yemək bişirən heç bir kimsəni qınamaz,
mövcud olanı geri çevirməz, olmayanı istəməzdi, yeməyə görə Allaha həmd edərdi. O, bu ümmətin
Peyğəmbəri idi. Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərizin (sav) həyatının son anları

Məhəmməd Peyğəmbərimizn (sav) həyatının son günü qızı Fatima anamız onun necə əzab çəkdiyini görürdü.O, dedi: "Necə qəmdi atam!"
"Allah Rəsulu (sav) ona cavab derdi:" Bir gün sonra artıq mən heç vaxt gəmgin olmayacağam" (Buxari rəvayət etmişdir).

Peyğəmbərimizn yanında su ilə dolu qab var idi.O, əllərini onun içinə salıb üzünü silərək deyirdi:
"Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! Həqiqətən ölümdən əvvəl canvermə olur"
(Buxari rəvayət etmişdir)
Sonra peyğəmbərimiz (sav) vəziyyəti pisləşdi və danışmadı, ətrafındakılarla işarələrlə əlaqə saxlayırdı.Tezliklə onun yer üzündə olmamasının son anları yaxınlaşdı.
Allah rəsulunun (sav) başı Aişə anamızın dizləri üstündə idi.Halı ağırlaşanda digər zövcələrindən Aişənin evində qalmaq üçün icazə aldı və hamı icazə verdi.Çünki həyat Ardı »

Peyğəmbərlərin HəyatıƏli bin Əbu Talibin (r) fəziləti

1. Ənəs bin Malik (r) rəvayət edir ki, “Rəsulullah (s) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (r) çərşənbə axşamı günü namaz qıldı” (ət-Tirmizi, Mənaqib, 3976, hədis qəribdir).
Bəzi alimlər bu hədisə əsaslanaraq Əlinin (r) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.
2. Abdullah bin Ömər (r) rəvayət edir ki, “Rəsulullah (s) səhabələri bir-biri ilə qardaş etdi. Əli (r) onun yanına gəldi və dedi: “Səhabələri bir-biri ilə qardaş etdin, amma məni heç kimlə qardaş etmədin”. Rəsulullah (s) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan” (ət-Tirmizi, Mənaqib, 3722).
3. Zeyd bin Ərqam (r) rəvayət edir ki, “Rəsulullah (s) demişdir: “Mən kimin dostuyamsa, Əli də onun Ardı »

Peyğəmbərlərin HəyatıABDULLAH IBN XUZAFƏ ƏS-SƏHMI

ABDULLAH IBN XUZAFƏ ƏS-SƏHMI

Hər bir müsəlman Abdulla ibn Xuzafənin başını öpməlidir və mən bunu birinci
edəcəyəm.
Ömər ibn əl-Xəttab, (Allah ondan razı olsun)

Bu hekayətin qəhrəmanı Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) Abdullah ibn Xuzafə əs-Səhmi adında olan səhabələrindən biridir.
Ola da bilsin ki, ona qədər milyon ərəbin yanından ötüb keçərək onlara heç bir diqqət yetirməyən tarix bu insanın yanından da ötüb keçə bilərdi.
Lakin əzəmətli Islam Abdullah ibn Xuzafə əs-Səhmiyə, öz vaxtında, yer kürəsinin iki hökmdarı ilə - Fars çarı (xosrovu) və Bizans imperatoru ilə görüşməyə imkan vermişdir.
Bu görüşlərdən hər biri mühüm hadisə olmuş və onlar həmişəlik olaraq insanların yaddaşına Ardı »

Peyğəmbərlərin HəyatıADƏM (Aleyhissalam) VƏ HƏVVANIN LİBASI

Kitab əhlinin əlində olan Tövrat kitabında (Əhdi-ətiq: Yaradılış: Fəsil: 3.) deyilir ki, Həvvaya ağacdan yeməyə ilan göstəriş vermişdir. Belə ki, bu ilan çox gözəl və əzəmətli idi. Həvva ilanın sözünə baxıb ağacdan yemiş və Adəmə də vermişdir. Amma orada İblisin adı çəkilmir. Onlar yedikdən sonra gördülər ki, əyinləri lüt-üryan qalmışdır. Onlar əncir ağacının yarpaqlarından dərib özlərinə sığınacaq düzəltdilər. Orada onların lüt-üryan olduqları deyilir.

Vahb ibn Munəbbih də eyni fikri söyləmişdir: "Belə ki, onların paltarları övrətlərinin üzərini örtmüş nur idi".
Onların əllərində olan Tövratdakı bu məlumatlar təmamilə səhvdir. Bu təhrifin və ərəbcəyə tərcümənin səhvləridir. Çünki bir dili digər dilə çevirmək hər kəsin işi deyil. Ardı »

Peyğəmbərlərin HəyatıADƏMƏ (Aleyhissalam) SƏCDƏ EDƏN MƏLƏKLƏR

Təfsir alimləri Adəmə səcdə etmələri əmr olunan mələklərin kimlər olması barədə müxtəlif fikirlər söyləmişlər. Ayələrin ümumi mənasından anlaşıldığı kimi bu əmr bütün mələklərə aid idimi? Bu cumhurun rəyidir. Digər rəyə görə bu əmr yer mələklərinə aid idi.
Lakin ayələrin aydın məzmunu birinci fikri dəstəkləyir. "Mələklərini ona səcdə etdirdi"(Buxari: ? 4476; Muslim: ? 193.)
" hədisi də ümumi məzmunu ilə buna dəlalət edir. Daha doğrusunu Allah bilir
(Müəllif "Təfsirul Quran əl-Azim" kitabında (1/287) bu məsələni bir qədər də açıqlamışdır. Baxa bilərsiniz.) Ardı »

Peyğəmbərlərin HəyatıAllahın yaranmışlara rəhmət təcəllası Muhəmməd(savavs)Tövrat və İncildə.

Tövratda
İslam Peyğəmbəri Qurani-kərimdə müsəlmanlar üçün ən gözəl ülgü kimi xatırlanmışdır. Bu böyük şəxsiyyətin barəsində 1400 illik İslam tarixi boyunca minlərlə kitab yazılmış, onun həyat və fəaliyyətinə, elmi və əxlaqi məziyyətlərinə müxtəlif baxımlardan nəzər salınmışdır. O həzrətin barəsində indiyə kimi Quran və İslam işığında kifayət qədər tədqiqatlar aparıldığı və Azərbaycan oxucuları bu materiallarla az da olsa, tanış olduqları üçün, biz bu böyük bayram münasibətilə məsələyə qeyri-ənənəvi və daha az işıqlandırılmış cəhətlərdən yanaşmağı lazım bildik. Aşağıda Həzrət Məhəmməd peyğəmbər (s) barəsində “Tövrat” və “İncil”də mövcud olan məlumatları diqqətinizə çatdırırıq.

Keçmiş peyğəmbərlərin kəlamında, habelə həmin kəlamlara yazılmış şərhlərdə yazılmışdı ki, Allahın sonuncu peyğəmbəri Ərəbistandan çıxacaq. Ardı »