Peyğəmbərlərin Həyatı → ADƏMİN (aleyhissalamın) TÖVBƏSİ
37. (Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. (əl-Bəqərə: 37).
Adəm (aleyhissalam) növbəti ayədəki sözlərlə tövbə etmişdir.
23. (Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər. (əl-Əraf: 23).
Mücahid, Səid ibn Cubeyr, Əbul Aliyə, Rabii ibn Ənəs, əl-Həsən, Qata¬də, Muhəmməd ibn Kəəb, Xalid ibn Mədan, Ata əl-Xorasani və Əbdürrəhman ibn Zeyd ibn Əsləm eyni sözləri demişlər.
(Əbdürrəzzaq "Təfsir" (1/1/44); İbn Əbu Hatim "Təfsir" (414); "Cəmiul Bəyan" (1/193-194); "Təfsirul Quran əl-Azim" (1/85); "ad-Durru-l-Mansur" (1/59).
İbn Abbas Ardı »