Peyğəmbərlərin Həyatı → ƏHLİ-BEYT KİMLƏRDİR?
Ərəb dili mütəxəssisləri və islam alimləri Əhli-beyt məfhumunun mənasını geniş şəkildə şərh ediblər. Onlar yalnız dörd nəfərin – Əli, Fatimə, Həsən və Hüseynin (Allah onlardan razı olsun!) Əhli-beytdən olduğunu iddia edənlərin əksinə olaraq, bu məfhumun ən əvvəl peyğəmbərin (s.a.v.) həyat yoldaşlarını əhatə etdiyini bildiriblər. Əhli-beytin yalnız dörd nəfərdən ibarət olduğunu söyləmək dilçi alimlərin və din alimlərinin bu məsələ ilə bağlı söylədikləri fikirlərə, eləcə də Quran və Sünnəyə ziddir.
İbn Faris «Məqayis əl-luğa» kitabında: «Ərəbcə ət-təəhhul sözünün evlənmək mənasında işləndiyini, kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Allah-təalanın qoyduğu qayda-qanunlara əməl edən Ardı »