Peyğəmbərlərin Həyatı → ADƏM VƏ HƏVVANIN CƏNNƏTDƏN ÇIXARILMASI
24. (Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır” (əl-Əraf: 24).
Bu Adəmə, Həvvaya və İblisə ünvanlanan xitabdır. Deyilənə görə ilan da onlarla birlikdə idi. Onlara bir-birinə düşmən olduqları halda yer üzünə enmək əmr olundu.
Aşağıdakı səhih hədisə əsasən ilanın onlarla olmasını demək olar. Peyğəmbər r ilanların öldürülməsini əmr edərək demişdir: "Biz onlarla müharibə aparan gündən onlardan arxayın ola bilmirik"
(Səhihdir. Əbu Davud: ? 5248; Əhməd: (2/247, 432, 521); İbn Hibban: ? 5644. Bütün rəvayətlər Əbu Hureyrədəndir.)
Taha surəsində isə deyilir: «(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir–birinizə (siz Ardı »