Şairlər və Yazıçılar → Xalidə Hasilova
Xalidə Hasilova – Azərbaycanın qadın yazarları arasında özünəməxsus uğurlu və məhsuldar yaradıcılıq yolu ilə keçmiş Xalidə Hasilova Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Həyatı
1920-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Zaqatalada dünyaya gəlmiş Xalidə xanım orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır.
[redaktə]
Yaradıcılığı
Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli Ardı »