Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarCəlil Məmmədquluzadə

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı), yazıçı, dramaturq, jurnalist, ictimai xadim.

Həyatı

Cəlil Məmmədquluzadə 22 fevral 1866-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.Cəlil Məmmədquluzadə ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də Ardı »

Şairlər və YazıçılarHüseyn Minasazov

Minasazov Hüseyn Baxşəli oğlu – Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu
[redaktə]
Həyatı

Hüseyn Minasazov 1881-ci ildə Borçalı mahalının eyni adlı nümayəndəliyinin Sarvan kəndində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndi Sarvanda qurtardıqdan sonra təhsilini 1889-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında davam etdirmiş, tam kursu 1894-cü ildə bitirmişdir. Elə həmin il Azərbaycana köçmüş, əvvəlcə Cavad qəzasının (indiki Salyan rayonu) Xıllı kəndində, sonra isə Bakıya gələrək ikisinifli Sabunçu məktəbində rus dili müəllimi işləmişdir.

Hüseyn Minasazov 1924-cü ilə qədər (ara-sıra) Borçalı mahalının Sarvan (indiki Marneuli) kəndində yaşamış, yerli məktəbdə müəllimlik etmiş, Gürcüstan SSR Mərkəzi İcraiyyə Komitəsində Milli azlıqlar komissiyasının məsul katibi işləmişdir. 1924-cü ilin dekabr ayından 1928-ci ilə qədər Ardı »

Şairlər və YazıçılarZəki İslam

Zəki İslam – Şair, "Qızıl Qələm" mükafatı laureatı.Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Məqalələri
4 Mənbə
5 Xarici keçidlər
6 Həmçinin bax

[redaktə]
Həyatı

Zəki İslam oğlu Yusifov 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub.

Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Uzun müddət kolxoz-covxozlarda rəhbər vəzifələrdə işləmişdir.

Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatılır. Şeirlərini əsasən dini mövzuda yazır.

Zəki İslam Məşədi, Kərbəlayi və Hacıdır.

Zəki İslam müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifi kimi məşhurdur.

Zəki İslamın indiyəcən yazdığı müxtəlif mövzu və janrlarda olan şeirləri və poemaları toplanmış və toplanmaqdadır.
[redaktə]
Əsərləri
Göyçənin tonqalı sinəmdə yanır. Bakı-1995.
Əlim tanrı ətəyində, Bakı, "Önər", Ardı »

Şairlər və YazıçılarSəməd Vurğun

Səməd Vurğun (əsl adı Səməd Yusif oğlu Vəkilov, 21 mart 1906 — 27 may 1956) — görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), iki dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956).

Həyatı

Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün Ardı »

Şairlər və YazıçılarKərim Kərimli

Kərim Sevindik oğlu Kərimli — şair, yazıçı, jurnalist.

Həyatı

Kərim Kərimli 14 noyabr 1963-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Fərhadlılar soyunun nümayəndəsidir. 1971-ci ildə həmin kənddə оrta məktəbə getmişdir. 1979-cu ildən Şuşa şəhərindəki respublika riyaziyyat təmayüllü 2 saylı оrta-internat məktəbində оrta təhsilini davam etdirmiş, 1981-ci ildə həmin məktəbi bitirmişdir.

1981-ci ildə Ukraynanın Kirоvоqrad Kənd Təsərrüfatı Maşınqayırma Institutuna (indi Kirоvоqrad Teхniki Universiteti adlanır) daхil оlmuş və 1986-cı ildə oranı "kənd təsərrüfatı maşınları üzrə mühəndis-meхanik" ixtisası ilə bitirmişdir.

1996-cı ildə isə Avstriya Respublikasında Insan Hüquqlarının Müdafiəsi üzrə beynəlхalq kursları bitirmişdir.
[redaktə]
Əsərləri
"Ürəyimin şüşəsi Şüşa"
"Hələ şuşalıykən"
"Qəlbimizdə bir ad yaşar"
"Şuşalı şuşasız günlərim"
"Yağlıvənddən Amerikayadək"
"Xocalı:Vəhşi əsrin vəhşi əsəri"
"Şuşasız..."
Ardı »

Şairlər və YazıçılarVaqif Hüseynov

Hüseynov Vaqif Əliövsət oğlu - Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1989, avqust -1991, sentyabr)
[redaktə]
Həyatı

Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", "Molodyoj Azerbaydjana" "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərmiş, Kommunist Partiyasının fəallarından olmuş, müxtəlif dövlət hakimiyyəti vəzifələrində çalışmışdır. Azərbaycan SSR KP-nın Bakı ŞK-nin Birinci katibi, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

16 avqust 1989-cu ildən 13 sentyabr Ardı »

Şairlər və YazıçılarBəhmən Vətənoğlu

Abbasov Bəhmən Kalış oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).

Həyatı

Abbasov Bəhmən Kalış oqlu (Bəhmən Vətənoğlu) 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində(qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1973). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1973-1986).

Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunmuşdur. Respublika mətbuatında Ardı »

Şairlər və YazıçılarTeyyub Qurban

Şair, dramaturq, publisist və tədqiqatçı. Ssenari müəllifi
[redaktə]
Həyatı

Şair, dramaturq, publisist və tədqiqatçı Teyyub Qurban 18 dekabr 1934-cü ildə Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib, uzun illər universitetin komsomol komitə katibi, respublika Xalq Nəzarəti Komitəsinin məsul işçisi, Suraxanı rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrində işləmişdir. Yaradıcılığa 1950-ci illdən başlayan T.Qurban "Mənim gəncliyim", "Dostluğun gücü", "Unudulmayan", "Yanğı", "El yolu", "Gözəllik yarışı", "Ömrün gənclik yazı", "Dönməzlik", "Sara", "Məcra", "Düşmənlərindən güclü şəxsiyyət", "Müqəddəs məkanda Qüdsümüz vardır" və s. kitablarının müəllifidir.
[redaktə]
Filmoqrafiya
Ağa, cəddinə qurban (film, 1993) Ardı »