Şairlər və Yazıçılar → Yaşar Qarayev
Qarayev Yaşar Vahid oğlu — tənqidçi, ədəbiyyatşünas, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1980), professor (1985), Azərbaycan Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Əməkdar elm xadimi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü (1990), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2002).[Mənbə göstərin]Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Filmoqrafiya
5 Həmçinin bax
[redaktə]
Həyatı
Yaşar Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində xırda sənətkar ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada 31 saylı şəhər orta məktəbini bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsil almışdır (1954-1958).
Sonra Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və Ardı »