Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və Yazıçılarİlyas Tapdıq

Tapdıqov İlyas Oruc oğlu (İlyas Tapdıq) — şair, tərcüməçi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1972).

Həyatı

İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Ardı »

Şairlər və YazıçılarZöhrə Əsgərova

Əsgərova Zöhrə Qulamhüseyn qızı — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980).
[redaktə]
Həyatı

Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada 199 saylı şəhər orta məktəbini bitirmişdir (1968). Bədii yaradıcılığa erkən başlamışdır. M.Ə.Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri – məqalə və mənsur şeirləri "Azərbaycan gəncləri" qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır (1971). M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir (1969-1973). Azərdövsulayihə İnstitutunda klub müdiri (1973), R.Mustafayev adına İncəsənət muzeyinin əməkdaşı olmuşdur (1974-1978). Azərbaycan ədəbi-gənclər birliyi Ardı »

Şairlər və YazıçılarAbbas Səhhət

Mehdizadə Abbas Əliabbas oğlu — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.

Həyatı

Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya dönən Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra "realnıy məktəbdə" Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.

"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat Ardı »

Şairlər və Yazıçılarİsrafil İsrafilov

İsrafil İsrafilov — Milli Dram Teatrının direktoru (13 may 2010-cu ildən), Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin sabiq direktoru, sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri[1]

İsrafil İsrafilov 2010-cu il mayın 13-də Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunmuşdur Ardı »

Şairlər və YazıçılarAbbas Zamanov

Zamanov Abbas Fəttah oğlu — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988).

Həyatı


Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921-1927). Bakı pedaqoji texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929-1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933-1934). Sonra "Ədəbiyyat" qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937-1939) Ardı »

Şairlər və YazıçılarBayraməli Abbaszadə

Abbaszadə Bayraməli Abbas oğlu – görkəmli molla nəsrəddinçi şair, "Qızıl qələmlər" ədəbi cəmiyyətinin üzvü (1923).
[redaktə]
Həyatı

Bayraməli Abbaszadə 1869-cu ildə Cənubi Azərbaycanın Sərab mahalının Dünni kəndində rəncbər ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd mollaxanasında almış, ilk satirik şerini "Mirzə Gülzar", "Gülzari-Sərabi" imzaları ilə yazmışdır. Sərabdan Bakıya ilk gəlişi XX əsrin əvvəllərinə təsadüf edir. Burada "Qafqaz Merkurisi" körpüsündə liman fəhləsi işləmişdir. İlk publisistik yazısını "Molla Nəsrəddin" səhifələrində "Hambal" ləqəbi ilə çap etdirmişdir (1906). Cənubi Azərbaycanda başlayan milli azadlıq hərəkatında iştirak etmək üçün Təbrizə getmişdir. Səttarxanın məşrutə hərəkatına qoşulması onun bir şair kimi formalaşmasına ciddi təsir göstərmişdir. Təbriz dövri mətbuatında "Azərbaycan" (1906), "Əncüman" (1907), "Mücahid" Ardı »

Şairlər və YazıçılarNadin Qordimer

Nadin Qordimer (ing. Nadine Gordimer) — Cənubi Afrikalı yazıçı

20 noyabr 1923-cü ildə Yohannesburq yaxınlığındakı balaca şaxtaçılar qəsəbəsində zərgər ailəsində dünyaya göz açmışdır. Məktəbi bitirdikdən sonra bir il Yohannesburq universitetində oxumuş, yazmağa isə doqquz yaşından başlamışdır. 16 yaşı olanda Yohannesburqdə çıxan "Forum" dərgisi onun "Sabah yenə gəl" adlı novellasını çap etmişdi.

40-50-ci illərdə CAR-da aparteid bərqərar oldu, irqi diskriminasiya artdı, müxtəlif rəngli insanların bir-birilə ailə qurmaları qadağan olundu. Ölkədəki vəziyyət yaradıcı ziyalı təbəqə üçün dözülməz olmuşdu. Mopassanın, Heminqueyin və Folknerin 12 min kitabı oxunması qadağan olunaraq yandırılmışdı, əksər yazıçılar, o cümlədən P. Abrahams və A.La Quma ölkəni tərk etməyə məcbur oldular.
[redaktə]
Əsərlər

1949-cu ildə N.Qordimerin Ardı »

Şairlər və YazıçılarYasif Nəsirli

Nəsirli Yasif Mirzə oğlu — nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat lureatı (1994), "Qızıl qələm" mükafatı laureatı (1999).
[redaktə]
Həyatı

Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı mədəni-maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini bitirmişdir (1963). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nın Ali komsomol məktəbində (1964) təhsilini artırmışdır. Əmək fəaliyyətinə Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlamış, sonra burada Ardı »