Şairlər və Yazıçılar → Hüseyn Kürdoğlu
Hüseyn Kürdoğlu, Alışanov Hüseyn Həsən oğlu[1] – şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.
Həyatı
Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində kolxozçu ailəsində doğulmuşdur. Ailəsi yarımköçəri həyat sürdüyünə görə, onun uşaqlığı qışlaq və yaylaqda keçmişdir. Kiçik yaşlarında çobanlıq etmişdir. Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953-1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). «Müasir kürd şairi A.Qoranın poeziyası» Ardı »