Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və Yazıçılarİmamverdi İsmayılov

İsmayılov İmamverdi İbiş oğlu — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
[redaktə]
Həyatı

İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

Rus və ingilis dillərini bilir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2011-ci il noyabrın 7-də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.[1]

Evlidir, 3 övladı var. Ardı »

Şairlər və YazıçılarƏbülqasım Hüseynzadə

[color=#fe5e5e]Əbülqasım Hüseynzadə - folklorçu.
[redaktə]
Həyatı

Əbülqasım Hüseynzadə 25 sentyabr 1890-cu ildə Bakıda anadan olmuşdur. O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış,sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir.Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır.[1]

Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühim xidmətləri vardır. Onun "Atalar sözləri" (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü" (1938, 1949, 1956, 1965, 1981, 1986), "El sözləri" (1944), "Hikmətli sözlər" (1961), "Müdrik sözlər" (1970), "Müxtəsər rusca-azərbaycanca və Ardı »

Şairlər və YazıçılarLidiya Quliyeva

[color=#fe8c8c]Quliyeva Lidiya Mixaylovna - nasir, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
[redaktə]
Həyatı

Lidiya Quliyeva 1939-cu il avqustun 4-də İrkutsk şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1956). İrkutsk Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almışdır (1956-1962). 20 saylı İrkutsk şəhər orta məktəbində alman və ingilis dilləri müəllimi olmuşdur (1962-1970). Ailəlikcə Bakıya köçdüklərindən Bakıda texniki-peşə məktəbində müəllim, respublika tədris metodiki kabinetində baş metodist (1970-1979), 68 saylı orta texniki-peşə məktəbində dərs hissə müdiri (1979-1982) işləmişdir. Hazırda Azərbaycan EA Xüsusi konstruktor bürosunda elmi-texniki xəbərlər şöbəsinin müdiri vəzifəsində çalışır (1982-ci ildən).

Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Uşaqlar və gənclər üçün yazdığı hekayə və nağıllar dövri mətbuatda Ardı »

Şairlər və YazıçılarƏli Bayramov

Bu adın digər istifadə formaları üçün, bax: Əli Bayramov (dəqiqləşdirmə).Əli Bayramov
Əli Məhəmməd oğlu Bayramov

Doğum tarixi:1959-cu il
Doğum yeri:Şişqaya, Basarkeçər, Göyçə


Bayramov Əli Məhəmməd oğlu - Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin sədri.
[redaktə]
Həyatı

Əli Bayramov 1959-cu ildə Qərbi Аzərbаycаnın Göyçə mаhаlının Bаsаrkеçər rаyоnunun Şişqaya kəndində аnаdаn оlmuşdur.

Dоğmа Şişqаyа kənd оrtа məktəbini bitirmiş və təhsilini dаvаm еtdirmək üçün Bаkı şəhərinə gəlmişdir.

1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir.

Ali təhsil aldıqdan sonra Material Ehtiyatları Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir.

1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur.

Əli Bayramov hal-hazırda Aqrolizinq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.
Ardı »

Şairlər və YazıçılarFirudin Köçərli

Köçərli Firudin Qasım oğlu – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, akademik.
Həyatı

Akademik Köçərli Firudin Qasım oğlu 1920-ci il 28 dekabr tarixində Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. 1936-cı ildə Gəncə Pedoqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirərək doğma kəndində müəllimlik fəaliyyətinə başlamışdır.

F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdində olan fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetinin tələbə həmkarlar təşkilatının sədri olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Ardı »

Şairlər və YazıçılarYusif Kərimov

Kərimov Yusif Abbas oğlu - nasir, publisist, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1963), "Yaddaş" milli mükafatı laureatı (2004), "Qızıl qələm" mükafatı laureatı (1975).[Mənbə göstərin]Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Həmçinin bax

[redaktə]
Həyatı

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olmuşdur.

Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1957-1962). Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964-1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) işləmişdir.

Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir (1978-1980). "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuşdur (1981-1995). Ardı »

Şairlər və YazıçılarZeynal Cabbarzadə

Cabbarov Zeynal Əliabbas oğlu — şair, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1970).
[redaktə]
Həyatı

Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakıda dənizçi ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934-1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937-1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938-1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939-1940). 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur.

İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, piyada məktəbində kursant olmuş (1941-1942), kiçik leytenant rütbəsi ilə 416-cı atıcı diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi Ardı »

Şairlər və YazıçılarElçin Mirzəbəyli

Mirzəbəyli Elçin Əbdülrəhim oğlu - şair, jurnalist.
[redaktə]
Həyatı

Elçin Mirzəbəyli 1967-ci ildə doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. "Bir gecənin tənhalığı", "İtirilmiş vaxtin adamı", "Bütöv Azərbaycan" şeir kitablarının müəllıfıdır. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkəyə və Rusiyada nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gündəlik yayımlanan "Xalq Cəbhəsi" qəzetinin baş redaktorudur. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
[redaktə]
Yaradıçılığı

AZADLIQ MARŞI

(Azərbaycan Milli Azadlıq Hərəkatının marşı. 1989-cu ildə yazılıb)
Musiqi: Heyrati
Söz: Elçin Mirzəbəyli

Ardı »