Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarSəməd Vurgun

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.
Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində Ardı »

Şairlər və YazıçılarVasif Süleyman

Süleymanov Vasif İsgəndər oğlu (Vasif Süleyman) - şair, publisist, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1996).
[redaktə]
Həyatı

Vasif Süleyman 1965-ci il yanvarın 3-də Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Burada qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin fılologiya fakültəsində təhsil alıb (1991-1996).

"Azərbaycan dəmiryolçusu" qəzetinin redaktor müavini, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür.

Ədəbi fəaliyyətə 80-ci illərdən başlayıb. İlk şeirləri "Pioner" və "Ulduz" jurnallarında dərc edilib. Publisistika sahəsində uğurlu fəaliyyətinə görə "Qızıl qələm", eləcə də "Şahmar Əkbərzadə" mükafatları alıb.

6 dekabr 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. "Sevgi atılandan sonra başlayır" (1993) və "Eşq Ardı »

Şairlər və YazıçılarTofiq Mütəllibov

Tofiq Müttəlibov tanınmış Azərbaycan şairi və əməkdar incəsənət xadimidir. Tofiq Mütəllibov yaddaşlarda gözəl bir nəğməkar şair kimi qalıb. 300-dən artıq mahnının müəllifidir. O, 20 il "Azərbaycan gəncləri" qəzetində ədəbiyyat və incəsənət şöbəsinin rəhbəri olub. 1929-cu ildə Naxçıvan şəhərində ziyalı bir ailədə anadan olmuş Tofiq Mütəllim oğlu Mütəllibov orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya gəlib, burada Azərbaycan Dövlət Universitetində təhsil alıbdır. O, "Pioner" jurnalında (indiki "Günəş") məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində ("Savalan") şöbə müdiri vəzifəsində işləyibdir. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada çalışıb. Ötən əsrin 50-ci Ardı »

Şairlər və Yazıçılarİlko Dimitrov

İlko Dimitrov (23 dekabr 1955, Sofiya) — bolqar şair, hüquqşünas. 2003-2005-ci illərdə Bolqarıstan müdafiə nazirinin müavini. 40-cı çağırış Bolqarıstan Respublikası Xalq Yığıncağının deputatı. Bolqar Yazıçıları Birliyinin üzvü.
[redaktə]
Poeziya
1989 — "Опит за определение" (Müəyyənləşdirmək cəhdi), şeirlər;
1995 — "Обратен водопад" (Əksinə axan şəlalə), şeirlər;
1998 — "Вселена по здрач" (Kainat alaqaranlıqda), şeirlər;
1999 — "Паркът" (Şəhər bağçası), poema; 1999-cu ildə poema Bolqar Yazıçıları Birliyinin Böyük mükafatına layiq görülüb;
2000 — "Трите кошници" (Üç səbət), şeirlər;
2007 — "Разчленяване" (Tikə-tikə doğrama), poema;
2008 — "Бяло" (Ağ), seçilmiş əsərlər;
2009 — "Продавачът на конци" (Sap satıcısı), poema - 2009-cu ilin ən yaxşı poetik kitabı kimi İvan Nikolov adına Milli mükafata layiq görülüb.

Şairin Ardı »

Şairlər və YazıçılarEmil Ağayev

Ağayev Emil Güləli oğlu - publisist, ssenarist, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.Mündəricat [göstər]

[redaktə]
Həyatı

Emil Ağayev 1938-ci il oktyabrın 11-də Qazaxıstanın Çimkənd şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Dəvəçi rayonunun Pirəbədil kəndindəki 11 illik orta məktəbdə, sonra Abşeron rayonunun Gilgilçay qəsəbəsindəki 8 illik məktəbdə müəllimlik etmişdir. 1957-ci ildən mətbuat sahəsində çalışır.

Azərbaycan Dövlət Universitetinin aztirajlı qəzetində ədəbi işçi, "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində əvvəlcə mədəniyyət, sonra felyeton və oçerk şöbələrinə rəhbərlik etmiş, məsul katibin müavini olmuşdur. "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri (1971-1989) və APN Ardı »

Şairlər və YazıçılarAbbas Səhhət

Mehdizadə Abbas Əliabbas oğlu — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.

Həyatı

Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya dönən Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra "realnıy məktəbdə" Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.

"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat Ardı »

Şairlər və YazıçılarRəhim Alxas

[color=#fe5e5e]Rəhim Alxas (xın. Раьхıим Алхас; tam adı: Rəhim Xəlfə oğlu Alxasov) — xınalıqlı şair, aşıq, publisist, poliqlot, pedaqoq.Mündəricat [gizlə]
1 Həyatı və yaradıcılığı
2 Kitabları
3 Tərcümələri
4 Mənbə
5 İstinadlar

[redaktə]
Həyatı və yaradıcılığı

Rəhim Alxas 20 mart 1937-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur.

Məşhur xınalıqlı şair Rəhim Alxasın yaradıcılıq dövrü XX əsrin ikinci yarısına aiddir. Beş dildə – Azərbaycan, xınalıq, özbək, tatar və türkmən dillərində şeirlərin müəllifi və Xınalıq kənd orta məktəbinin müəllimi olmuş Rəhim Alxas xınalıq dili barədə xeyli tədqiqat işi aparmış və müəyyən etmişdir ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi Ardı »

Şairlər və YazıçılarYusif Səmədoğlu

Vəkilov Yusif Səməd oğlu (Yusif Səmədoğlu) – nasir, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1970), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990)Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Həyatı

Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). "Azərbaycan " jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969-1976), "Ulduz jurnalının baş redaktoru Ardı »