Şairlər və Yazıçılar → İsmixan Didərgin
İsmixan Didərgin (tam adı:Məmmədov İsmixan Müseyib oğlu) (d.25 aprel 1933, Basarkeçər - ö.5 iyun 1994, Daşkəsən) — müəllim, jurnalist, şair.
Həyatı
Məmmədov İsmixan Müseyib oğlu 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində,orta təhsilini qonşu Zod kəndində almışdır.Gənc yaşlarından şer yazmağa başlamısdır.
1957-1962-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan İsmixan Məmmədov Ardı »