Şairlər və Yazıçılar → Gülxani Pənah
Şükürova Gülxani (Pənah) Vaqif qızı - şair, ədəbiyyatşünas, publisist. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Həyatı
1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979-1985). 1975-76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976-77-cı illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977-81-ci illərdə MİB-də texnik, 1981-85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985-89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989-92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992-93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993-99-cu illərdə 264 saylı "Müəllif" Ardı »