Ümumi → Nigar Camal
Nigar Camal (7 sentyabr 1980, Bakı, Azərbaycan SSR) — Azərbaycan müğənnisi, Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi. Azərbaycanda "ilin adamı" (2011), BMT-nin Yol hərəkəti qaydaları üzrə xoşməramlı səfiri.
Həyatı[redaktə]
Eurovision Mahnı Müsabiqəsində, 2011-ci il
7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib. 1988-1996-cı illərdə "Pöhrə" respublika mahnı müsabiqəsində iştirak etmiş, 1996-cı ilin may ayında müsabiqənin fəxri diplomunu qazanmışdır.
1997-ci ildə Nizami rayonu, 201 saylı orta məktəbi bitirmişdir. 1997-2001-ci illərdə Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsində təhsil almışdır.
"Planet Parni iz Baku"nun 2000-ci ildə keçirilən konsertində çıxış etmişdir.
Həyat yoldaşı kiprli Haluk Camalla 2005-ci ildən İngiltərədə – Londonda yaşayır. Ardı »