Ümumi → Seyid Yəhya Bakuvi - Həyatının Bakı dövrü
S.Yəhya Bakıda qırx ildən çox yaşamışdır. Bakıdakı fəaliyyətinə nəzər saldıqda bu müddətin mənbələrdə doğru göstərildiyi aydınlaşır. Bunun əksinə başqa bir məlumat da yoxdur. Bu halda S.Yəhyanın Bakıya XV əsrin 20-ci illərində gəlməsi qənaəti hasil olur. Bakıya getməsinə səbəb olan hadisə Şeyx Sədrəddinin vəfatından sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtlafdır. Şeyx Sədrəddin vəfatından öncə tərəfdarlarını toplayaraq Seyid Yəhyanı yerinə təyin etmiş və ona itaət etmələrini söyləmişdir. Lakin şeyxin ölümündən sonra Pirzadə onun yerinə taxta əyləşmiş və S.Yəhya Bakıya köçmüşdür.
S.Yəhyanın Bakıya köçdüyü zaman Şirvanşah I Xəlilullah xan idi. O, Bakıya gəldikdən sonra burada Şirvanşah I Xəlilullah xanın da yardımı ilə xəlvətiliyin Ardı »