Ümumi → Gülüstan müqaviləsi (1813)
Gülüstan müqaviləsi (ingiliscə: Treaty of Gulistan) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə. Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napoleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü Ardı »