Ümumi → Koroğlu qalası (Gədəbəy)
Koroğlu qalası - Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşən qala. Yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib.
Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri araslnda sıldırım qayalığın zirvəsində yerləşir. Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara respublikamızın Şəmkir, Gədəbəy, Tovuz və s. rayonlarının ərazilərində rast gəlmək olar. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir. Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan alduqca əlverişli yerdədir. Qalanın qərb tərəfı sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast Ardı »