Ümumi → Adil xan Ziyadxanov
Həyatı[redaktə]
Əbülfət ağanın üçüncü оğlu Adil xan 25 sеntyabr 1872-ci ildə Gəncə şəhərində dоğulmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən mirzənin qızıdır. Tiflis klassik gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirib. Avropa və Şərq dillərini əla bilib. 1905-dən Bakıda Ə.B.Topçuboşovun (1865-1934) redaktorluğu altında çıxan "Kaspi" qəzetiylə əməkdaşlıq edib, orada maarifçi məqalələrlə çıxış edib. Həmin ildə Azərbaycan türkləri adından çar II Nikolaya göndərilmiş petisiyanı o da imzalamışdı. 1906-da Tiflisdə canişinin rəhbərliyi altında təşkil olunmuş erməni-müsəlman münaqişəsini nizamlayan çoxgünlük yığıncaqlarda da öz millətinin mənafeyini qətiyyətlə müdafiə edib. 1908-də Şərqi və Qərbi Avropa ölkələrinə Ardı »