Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiKurqan

Kurqan, Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir bəzən də bu otaq altda iştirak edirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan edilirdi. Cəsədlərin başı şərqə çevrilmiş olar və cəsədlər əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Kurqan ın fərqli bölgələrində at cəsədlərinə də rast gəlinmişdir. Bu günə qədər olan ən əhəmiyyətli kurqan Qazaxıstanda ki Esik kurqanı'dır.

Çöldə xüsusilə Ardı »

ÜmumiQuştəsfi

Quştəsfi — Şirvan əyalətinin qədim mahalı. Qırxçıraq şəhəri Şirvanşahlar dövlətinin Quştəsfi vilayətinin mərkəzi imiş. Şəhər 40 məhəllədən ibarət olmuşdur. Ərazi vahidi kimi bir çıraq 1000 ev olmuşdur. 40 min evdən ibarət olmuş bu şəhər Kür çayının sahilində yerləşirmiş. Sərhədləri Salyanın indiki Qaraçala qəsəbəsindən Babazanan dağına qədər bir ərazini əhatə edirmiş. Bişmiş kərpic və ağ daşdan tikilmiş evlər, dükanlar, karvansaralar, məktəb-mədrəsələr, məscidlər varmış.

Quştəsfi mahalında hərbi məqsədlər üçün döyüş atları yetişdirilib. Yazılı mənbələrdə burada məhsul bolluğundan, bazarların ucuzluğundan danışılır. Şəhərdə nohurlar varmış, əhali su quşları və balıqdan yaxşı qazanc götürürmüş.

Quştəsfi mahalında Atabəylər dövlətinə ildə 1 milyon dinar, təxminən bir o qədər də Şirvanşahlar Ardı »

ÜmumiCuğa alban məzarlığı

Culfa rayonunun, Gülüstan kəndindən şimal-qərbdə, qədim Cuğa şəhərinin qərb qurtaracağında yerləşən orta əsrlərə aid arxeoloji, tarixi memarlıq abidələri kompleksi olan Cuğa qəbiristanlığı Azərbaycan mədəniyyətinin maraqlı abidələr qrupunu özündə cəmləşdirmişdir. Cuğa qəbiristanlığında müxtəlif dövrlərə aid məzarlar vardır ki, bunların da əksəri xristian məzarlarıdır. Məhz buna əsasən də şəhərə əhalisinin böyük əksəriyyətinin xristianlar olması gümün edilir. Bununla belə, qəbirsanlıqda az da olsa, müsəlman qəbirlərinə də rast gəlinməkdədir. Qəbir abidələrinin əksəri XI-XVII əsrlərə aid olsa da, məzarlıqda son dövr qəbir abidələri də vardır.

Qəbir abidələri müxtəlif dövrlərə aid olub qoç daşlar (tarixi Azərbaycan ərazisinin hər yerinə səpələnmiş bu cür məzar daşları və xatirə abidələri Ağqoyunlu Ardı »

ÜmumiAzərbaycan müəllimlərinin V qurultayı

Azərbaycan müəllimlərinin V qurultayı — 20 avqust 1935-ci ildə keçirilmişdir.

V qurultayın gündəliyindən[redaktə]
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 3 yanvar 1931-ci il tarixli qərarı ilə həmin il yanvarın 25-də Azərbaycan müəllimlərinin V qurultayı keçirilmişdi. Bu münasibətlə 18 nəfərdən ibarət dövlət komissiyası yaradılmış, bütün təşkilati məsələlərin həlli bu komissiyaya tapşırılmışdı.

Türk mədəniyyət sarayında keçirilmiş qurultayı giriş nitqi ilə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyov açmış, ötən qurultaydan keçən 6 il ərzində müəllimlər ordusunun həm kəmiyyət, həm də keyfiyyətcə artımından danışmış, ictimai-siyasi məsələlərə toxunmuşdu.

Azərbaycan Xalq Komissarları Sovetinin sədri D.Bünyadzadə məruzə etmiş, kəndin sosialistcəsinə yeniləşməsində, kolxoz quruculuğunda, kütləvi savadsızlığın ləğvində kənd Ardı »

ÜmumiNadir Mirzə Qacar

Nadir Mirzə Qacar — Qacar şahzadəsi, qədim Azərbaycan xörəklərinin reseptini toplayan.

Arvadı Bərdəli olmuşdur. Azərbaycan xörəklərinin reseptini toplamaqda arvadının rolu böyük olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu Tehranın Parlament Kitabxanasından Qacar şahzadəsi Nadir Mirzə Qacarın kulinariyaya dair "Nəvadir əl-əmsal" əsərinin əlyazmasının surətini əldə edib. Əsərdə Azərbaycanın bir sıra unudulmuş qədim xörəklərinin resepti verilib[1].

Kitabı[redaktə]
AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı “Nadir Mirzə Qacar. Karnamə” adlı kitabı "Elm və təhsil" nəşriyyatında çap edilib. Kitabda müəllif – Qacar şahzadəsi Nadir Mirzə 260-dan artıq qədim Azərbaycan xörəyinin reseptini toplayaraq sadə bir dildə oxuculara təqdim etmişdir. Əsərdə klassik şairlərin yaradıcılığından çoxlu nümunələr gətirilib. Yeni nəşr milli Ardı »

ÜmumiAzərbaycan-Ermənistan atışması (2014)

Azərbaycan və Ermənistan arasında 2014-cü ildə baş vermişdir. İtkilərin sayına görə 1994-cü il Atəşkəs müqaviləsindən sonra ən diqqət çəkənlərdən biridir. Reaksiyalar[redaktə]
Ermənistan
Ermənistanın baş naziri Hovik Abrahamyan bildirdi ki, Serj Sarkisyan yaxında İlham Əliyevlə Soçidə vəziyyəti sakitləşdirmək üçün görüşəcək.
Azərbaycan
Qənirə Paşayeva beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrdə laqeydliklərinə görə tənqid etdi.
Qarabağ Ağdam FK komandasının oyunçuları Rəşad Sadıqov, Ansi Aqolli, Reynaldo, Qara Qarayev, keçmiş türk futbolçu Hakan Şükür, Fənərbaxça PFK komandasının azarkeşləri,[9] Azərbaycan qadın milli voleybol komandasıın oyunçuları Oksana Parxomenko, Valeriya Korotenko, Kseniya Kovalenko, Ayşən Əbdülməzimova and baş məşqçi Onat Kurt,Türkiyəli müğənni Sibel Can ölən insanların ailələrinə öz baş sağlıqlarını ifadə Ardı »

ÜmumiNkhata Bay (mahal)

Coğrafiya[redaktə]
Nkhata Bay ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Nkhata Bay şəhəridir. Mahal şimalda Rumphi mahalı, şərqdə Malavi gölü, cənubda Nkhotakota mahalı, qərbdə isə Mzimba mahalı ilə qonşudur.

Əhali[redaktə]
Rumphi mahalında 213,779 nəfər yaşayır.

Şəhərləri[redaktə]
Nkhata Bay Ardı »

ÜmumiŞərur döyüşü

Tarixi[redaktə]
1500-cü ilin sonunda Şirvanda Gülüstan qalasından bir qədər aralı Cabanı adlı yerdə Şirvanşah Fərrux Yasara qalib gələn, 1501-ci ilin yazın da isə, Bakını tutan İsmayıl Səfəvi Gülüstan qalasını hələ də mühasirədə saxlayarkən, Ağqoyunlu Əlvənd Mirzənin böyük bir qoşunla onun üstünə gəldiyindən xəbər tutur. İsmayıl təcili qaydada mühasirəni götürüb, Əlvənd Mirzənin ordusunu Şirvana buraxmamaq üçün tədbirlər gördü və Naxçıvana doğru hərəkət etdi. Kür çayını keçmək niyyəti baş tutmayan Əlvənd Mirzə İsmayıla məktub göndərib, Şirvana qayıtmağı və həmin vilayəti idarə etməklə kifayətlənməyi tələb etsə də, rədd cavabı aldı. Belə olduqda, o, Naxçıvandan çıxıb şm.-q.-ə doğru getdi və Şərur düzündə dayanaraq qəti döyüşə hazırlaşmağa Ardı »