Ümumi → Mir Seyid Əli
Mir Seyid Əli — mənşəcə Azərbaycan türklərindən olan miniatürçü rəssam.
Londonda Britaniya muzeyində Nizami "Xəmsə"sinin unikal bir əlyazması saxlanılır. Həmin əlyazma 1539-1543-cü illərdə şah Təhmasibin sarayı nəzdində fəaliyyət göstərmiş kitabxanada işlənmişdir. Mütəxəssislər həmin nüsxəni bütün dövrlərin və xalqların ən kamil bədii əlyazması, Şərqin kitab incəsənətinin ən qiymətli incisi hesab edirlər. Əlyazmanın titul səhifələri incə naxışlarla zəngindir, səhifələri kənarlarında qızıl suyu ilə işlənmiş siluet təsvirləri çəkilmişdir.
Əlyazmaya daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən işlənmişdir. Həmin rəssamlar Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas, Mir Müsəvvir, Mirzə-Əli, Mir Seyid Əli və Müzəffər Əlidirlər. Əlyazmanın səhifələrindən birində əsərin üzünü köçürən Ardı »