Ümumi → Təxti Süleyman
Təxti Süleyman (fars: تخت سلیمان, ) Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Midiya-Atropatena dövrünə aid Qazaka şəhəri ərazisində arxeoloji abidədir. Urmiya və Həmədan (qədim Ekbatan) arasında, müasir Təkab şəhərinin yaxınlığında yerləşir.
2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən “Böyük Alov” və ya “Hökmdar alovu”nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda “ādur Wishnāsp” adlandırılmış və döyüşçü Ardı »