Ümumi → Ullusunu
Hakimiyyəti dövrü[redaktə]
Mannanın ən qüdrətli çağları şah İranzunun və onun oğlu Ullusununun hakimiyyət dövlərinə təsadüf edir. Mannanın ən qüdrətli şahlarından olan İranzunun ölümündən (təqr. b. e. ə. 716 -cı il) sonra hakimiyyətə onun oğlu Aza gəlir. Aza atasının siyasətini davam etdirərək, Urartuya qarşı mübərizəsində Assuriya ilə müttəfiq olur. Buna görə də Mannanın Assuriyaya düşmən münasibəti bəsləyən Metatti, Telusina və Baqdattu kimi vilayət başçıları açıq şəkildə onun siyasətinə qarşı çıxırlar. Nəticədə onlar Azanı öldürür və taxta onun qardaşı Ullusununu gətirirlər. Ullusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. 0, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini Ardı »