Azərbaycan tarixçiləri → Seyidağa Axundzadə
Həyatı[redaktə]
Seyidağa Mir Hüseyn oğlu Axundzadə 1887-ci ildə Maştağada ruhani ailəsində anadan olub, açıqfikirli və mütərəqqi ziyalılardan idi. Atası Axund Mir Hüseyn (1852-1924) İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, islami elmlərlə yanaşı tarix, coğrafiya və tibb sahəsinə dair biliklərə dərindən yiyələnmişdir. Axund Mir Hüseyn xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq edirdi. Deyilənə görə Hacı, Axund Mir Hüseynin biliyini və istedadını yüksək qiymətləndirib ona at və fayton bağışlamışdı. Seyidağa atasının Hacı ilə dostluq münasibətlərindən faydalanaraq Tağıyevin "Kaspi" mətbəəsində mürəttib vəzifəsinə işə düzəlmişdi. O sürətlə və qüsursuz yığıcılıq peşəsinə yiyələnməklə yanaşı mətbuatda məqalələr ilə çıxış edirdi. "Kaspi" mətbəəsi Bakının indiki Sabir adına Ardı »