Azərbaycan tarixçiləri → Fəridə Məmmədova (tarixçi)
Həyatı[redaktə]
Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997-1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.
Əsas elmi nailiyyətləri[redaktə]
İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I-VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Ardı »